Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Siqareti az çəksinlər” – Deputatdan qiymət artımına reaksiya

“Siqareti az çəksinlər” – Deputatdan qiymət artımına reaksiya

Xəbər verdiyimiz kimi, Azərbaycanda bir sıra siqaretlərin qiyməti 20-40 qəpik civarında artıb. Satış məntəqələrində əvvəlki satış qiyməti 2 manatdan yuxarı olan siqaretlər 30 qəpik, 2 manatdan aşağı olanlar isə 20 qəpik bahalaşıb. Siqaretlərin qiymətlərində artım olması isə narazılıqla qarşılanıb.

Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, siqaretlərin qiymətinin artması dolların kursu ilə əlaqədardır: “Qiymətlər tənzimlənməyib. Siqaret tam olaraq Azərbaycana xarici ölkələrdən idxal olunur. Ola bilər ki, onun qiymətində müəyyən dəyişikliklər olsun. Adi bir şeydir. Bundan əlavə, siqaretdir də, qiyməti artıb-artıb, çörək deyil ki…”

Deputat hesab edir ki, siqaretin qiymətinin artması cəmiyyətdə böyük narazılıq yarada bilməz: “İnsanlar daha az siqaret çəksələr, daha yaxşı olar”.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın