Bazar ertəsi , Oktyabr 18 2021
Ana səhifə / Siyasət / Sinqapur vətəndaşı Bakı Limanında rəis oldu

Sinqapur vətəndaşı Bakı Limanında rəis oldu

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nümunəvi, beynəlxalq standartlara cavab verən və regionda qabaqcıl liman olması əsas vəzifə seçilib.
Limandan “Report”a verilən məlumata görə, bu məqsədlə Sinqapur modeli əsas götürülüb və limanın İstismar Xidmətinin müdiri vəzifəsinə sinqapurlu mütəxəssis Yevgeni Si (Eugene Seah) təyin olunub.
Qeyd edək ki, Y.Si Sinqapur PSA Konteyner Terminalları və Juronq limanında 25 illik iş təcrübəsinə malikdir. PSA-da işləyərkən Sinqapur, Yaxın Şərq və Çində olan terminalları idarə edib, Pasir Panjanq və Juronq limanındakı yeni liman terminallarının planlaşdırılmasında iştirak edib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanından əvvəl, Juronq limanında həm əməliyyatlar, həm də kommersiya üzrə ali rəhbərlik səviyyəsində bir neçə təyinat alıb. Juronq limanında yük və konteyner terminallarında kommersiya və əməliyyatların bütün aspektləri üzrə vitse-prezident vəzifəsini icra edib.

Həmçinin oxuyun

18 ilə gedilən bir əsrlik yol – tarixi Zəfərin izi ilə

44 günlük tarixi Zəfərin ideoloqu və müəllifi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezident kimi …

Bir cavab yazın