Çərşənbə , Aprel 14 2021
Ana səhifə / Siyasət / Şeyxülislam: “İstərdik ki, Roma Papası işğaldan azad olunmuş ərazilərin minalanmasına münasibət bildirsin”

Şeyxülislam: “İstərdik ki, Roma Papası işğaldan azad olunmuş ərazilərin minalanmasına münasibət bildirsin”

“Bura gələndə mintəmizləyənləri gördük. Mən srağagün Pasxa bayramı münasibəti ilə Roma Papası Fransiskin çıxışını dinlədim. Minalar insan tələfatı deməkdir, çox arzu edərdim ki, Roma Papası buna da öz münasibətini bildirsin”.

APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ölkədəki dini konfessiyaların rəhbərləri ilə birgə Ağdama səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

A. Paşazadə səfərdən qayıtdıqdan sonra bir sıra dini liderlərə, o cümlədən Roma Papasına müraciət olunmasını təklif edib: “Çox istəyərdim ki, səfərdən qayıtdıqdan sonra bir sıra dini liderə, o cümlədən Roma Papasına müraciət edək ki, işğaldan azad olunmuş ərazilərin minalanması ilə bağlı fikirlərini, münasibətlərini bildirsinlər”.

Həmçinin oxuyun

Nikol Paşinyan: “Lələtəpəni tutmaq əmrini mən verməmişəm”

“Mənim Qarabağ savaşında Lələtəpəni almaqda israr etdiyim barədə iddialar əsassızdır”. Bu sözlər Ermənistanın baş naziri …