Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Şeyxin qardaşının şübhəli dissertasiya işi – Cavanşir Paşazadə AAK-ın tələbinə əməl etməyib

Şeyxin qardaşının şübhəli dissertasiya işi – Cavanşir Paşazadə AAK-ın tələbinə əməl etməyib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadə elmi dərəcə almaq üçün bu gün dissertasiya müdafiə edəcək.

Reyting.az saytının məlumatına görə, Cavanşir Paşazadənin “Azərbaycanda neft-qaz sənayesinin emal şəbəkəsinin genişləndirilməsinin aktual problemləri və perspektivləri” mövzusunda yazdığı elmi iş “Odlar Yurdu” Universitetində yerinə yetirilib.

İxtisas: 5304.01 – “İqtisadi fəaliyyət növləri” İqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın elmi rəhbəri iqtisad elmləri doktoru, professor Qənimət Əsəd oğlu Səfərov, rəsmi opponentləri – iqtisad elmləri doktoru, professor Məhəbbət Aşır oğlu Məmmədov və iqtisad elmləri namizədi, dosent İsmayıl Cəfər oğlu Həsənovdur.

Dissertasiyanın müdafiəsinin bu gün saat 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki D.02.141 – Dissertasiya Şurasının iclasında keçirilməsi planlaşdırılıb.

Reyting.az-ın əldə etdiyi məlumatda bildirilir ki, ölkədə dissertantura müddəti 4 il olsa da, C.Paşazadənin məqalələri yalnız 2016-cı ildə çıxıb. Onun belə sürətlə dissertasiya müdafiəsinə buraxılması isə həm bu səbəbdən, həm də digər məsələlərə görə şübhə doğurur. Çünki onun öz “elmi şücaət”ini harada tətbiq etməsi də müvafiq sənədlərdə göstərilməyib. Ali Attestasiya Komissiyasının (AAK) tələbinə görə isə, tətbiq mütləq göstərilməlidir. Digər bir şübhəli məsələ iddiaçının fəlsəfədən minimum imtahan verməməsidir.

Bütün bunlarla yanaşı, Paşazadənin belə qısa müddətdə dissertasiya müdafiə etməsi yəqin ki, “rekord göstərici” sayılmalıdır.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın