Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Siyasət / Şeyxdən erməni katalikosuna qulaqburması: “Kəlbəcərdə məktəb, xəstəxana açılışlarında nə gəzirsən?”

Şeyxdən erməni katalikosuna qulaqburması: “Kəlbəcərdə məktəb, xəstəxana açılışlarında nə gəzirsən?”

Bu gün Dilqəm Əsgərovla Şahbaz Quliyevimn Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etməyə gedərkən ermənilər tərəfindən girov götürülməsindən 6 il ötür. 
Moderator.az bu münasibətlə “Dilqəm Əsgərovla Şahbaz Quliyevin Hüquqlarını Müdafiə Komitəsi”nin sədri, keçmiş millət vəkili Əlövsət Ağalarovun fikirlərini öyrənib.

– Əlövsət müəllim, artıq 6 il tamam oldu ki, öz dədə-baba yurdlarını, əzizlərinin qəbirlərini ziyarətə getdikləri zaman torpaqlarımızı qeyri-qanuni, işğalçılıqla zəbt etmiş ermənilər tərəfindən girov götürülmüş Dilqəm Əsgərovla Şahbaz Quliyevin azad olunması üçün görülən tədbirlər heç bir nəticə vermir. Siz “Dilqəm Əsgərovla Şahbaz Quliyevin Hüquqlarını Müdafiə Komitəsi”nin sədri kimi görülən işləri qənaətbəxş hesab edirsinizmi?           

 – Əlbəttə yox! Qənaətbəxş o zaman hesab edilərdi ki, biz nəyəsə nail olaq. Nəyə nail olduq?-heç nəyə! Bilirəm, soruşacaqsınız ki, niyə? Cavabı ağır olsa da, çox sadədir: Düşmən məkrli, havadarları güclü! Bu qədər bəsit… Füzuli demiş:Dust bipərva, fələk birəhm, dövran bisükun,Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun.
Biz Müdafiə Komitəsi olaraq, demək olar ki, çox variantlardan istifadə etdik. Azərbaycanın, Avropanın nüfuzlu alimlərindən məsləhətlər aldıq, müraciət etmədiyimiz beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkə başçıları, parlamentarilər və s. Dövlət başçımızın bütün beynəlxalq səviyyəli görüşlərində bu problemin qətiyyətlə qaldırıb cavab istəməsindən xəbərdarıq. Rusiyanın prezidentiylə, həmsədr ölkələrin dövlət və hökumət başçılarıyla hər görüşündə Dilqəmlə Şahbazın azad edilməsinə yardımçı olmalarını xahiş edir. Mən Komitənin sədri seçiləndə ilk müraciətimi cənab Prezidentə etmişdim və dərhal da cavab almışdım ki, bu məsələ daim Prezidentimizin diqqət mərkəzindədir. Hörmətli şeyximiz Allahşükür Paşazadə Moskvada Rusiyanın patriarxı Kirillə görüşündə təkidlə xahiş etmişdi ki, erməni katolikosuna müraciət edib bu günahsız insanları girovluqdan azad etsinlər. Şeyx həzrətləri mənə dedi ki, katolikos həyasızcasına belə bir cavab verdi: biz Dağlıq Qarabağın daxili işlərinə qarışa bilmərik. Deyir mən də qayıtdım ki, onda Kəlbəcərdə məktəb, xəstəxana açılışlarında nə gəzirsən?.. Yəni dediyim odur ki, Dilqəmlə Şahbazın azad olunmasına cəhd etməyən soydaşımız yoxdur. Kimin əlindən nə gəlirsə, edir. Görünür, bu məsələni birdəfəlik və qeyd-şərtsiz qüdrətli Azərbaycan Ordusu edəcəkdir!Ermənilər bu günlərdə növbəti həyasızlıqlarını bir daha göstərdilər. Yaydıqları bəyanatı FB səhifəmdə paylaşmışam.
https://news.rambler.ru/caucasus/44458729-ubiystvo-v-karvachare/

Həmçinin oxuyun

Ərdoğan Putinlə telefon danışığının detallarını AÇIQLADI

“Bir əsrdir imperialistlərin oyun meydanına çevrilmiş bu qədim coğrafiyanın artıq məngənədən xilas olmaq vaxtı gəlib …