Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Şeyx onu bağışlayıb – İşdən çıxarılan din xadimi danışdı

Şeyx onu bağışlayıb – İşdən çıxarılan din xadimi danışdı

Şeyxülislam Hacı Allahşükür Paşazadənin Ramazanla bağlı fətvanı pozduğu üçün cəzalandırdığı din xadimi danışıb.

” Azinforum.az ” xəbər verir ki,  Məmmədov Nurməhəmməd Unikal.org-a açıqlamasında bildirib ki, işinə yenidən bərpa olunub.

O, haqqında şeyxə yalan məlumat verildiyini və ehtimal əsasında bu addımın onun həmkarları tərəfindən  bilərəkdən atıldığını, heç zaman QMİ-nin təlimatlarından kənara çıxmadığını dilə gətirib:

“Şükürlər olsun ki, hər şey qaydasındadır və heç bir problem yoxdur. Bu problem xoşluqla, gözəlliklə həll edildi. Şeyx məni yenidən öz işimə bərpa etdi. Bir Ramazan hörmətinə xahiş edirəm ki, artıq hansısa sözə ehtiyac yoxdur”.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın