Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Şeyx İlham Əliyevin Nardaran səfərindən danışdı

Şeyx İlham Əliyevin Nardaran səfərindən danışdı

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Nardaran qəsəbəsində sakinlərlə görüşü onlarda böyük ruh yüksəkliyi yaradıb.

Bu sözləri jurnalistlərə müsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib.

“Bu gün Nardaran sakinləri bir şeyxülislam kimi mənə zəng vurub minnətdarlıqlarını bildirdilər.

Azərbaycan prezidentinin Nardarana getməsi bir daha onu göstərir ki, hara olur-olsun, ölkəmizin bütün guşələri vətəndir və hamısı da azərbaycançılığa xidmət edir. Nardaran sakinləri dedilər ki, onlar dövlətimizin başçısının siyasətini dəstəkləyirlər və bundan sonra da dəstəkləyəcəklər”, – deyə şeyxülislam bildirib.(AzərTAc)

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …

Bir cavab yazın