Ana səhifə / Siyasət / Sevinc Osmanqızının Tamerlan Qarayevlə bağlı iddiası etiraza səbəb oldu…

Sevinc Osmanqızının Tamerlan Qarayevlə bağlı iddiası etiraza səbəb oldu…

Sevinc Osman qızının “Moderator.az”saytına verdiyi müsahibəylə tanış olduqdan sonra fikrimi bildirməyi zəruri hesab etdim. Sevinc xanımın övlad hisslərini anlayıram. Atasının qatillərini axtarır və israrla bu işdə ən böyük əlin Tamerlan Qarayev olduğunu neçənci dəfədir ki, heç bir tutarlı əsas gətirmədən deyən Sevinc xanım kökündən yanlışdır və artıq bu xanımın yönləndiriciləri olduğuna şübhə qalmır.
1996-cı ildə də AZTV-də Kirovabad (Gəncə) şəhər partiya Komitəsinin birinci katibi işləmiş və Gəncədə mini 20 yanvar törətməyə cəhd etmiş Ramiz Bağırlı da Tamerlan Qarayevi 20 yanvar qırğının əsas təşkilatçısı kimi dəyərləndirirdi. O zaman R.Bağırlı kiminsə diqtəsilə danışırdı, bu gün də Sevinc Osman qızının bəyanatları həmin situasiyanı xatırladır. Hər iki variant yalan, böhtan üstündə qurulub, kimlərinsə siyasi marağına xidmət edir. Sevinc Osman qızı deyir ki, “Qatır Məmməd ifadəsində deyib ki, Tamerlan Qarayev bizə göstəriş verdi ki, vertolyotu vuraq”. Sevinc xanıma sormaq lazım, atasının olduğu helikopteri vuran erməni qatillərinə bu qədər sevgi hardandır? Qatır Məmməd Əsgəran tərəfdə vuruşurdu, helikopter tam əks tərəfdə – Martuninin Qaradağlı kəndində vurulub və Qatır Məmmədin dəstəsi heç vaxt o istiqamətdə döyüşməyib. Necə olardı ki, Qatır Məmməd basa-basa 15 dəqiqəyə əks tərəfə gedib, guya erməni vertolyotu vurmağa? Erməni vertolyotları hər gün Qatır Məmmədin mövqe tutduğu yerdə cövlan edirdi, onları yox, məhz Tamerlan Qarayevin  tuşutduğu vertolyotu vurmağı planlayıblar? Absurd. Tamerlan Qarayevin 1993-cü ilin iyun ayında Milli Məclisdə qoyduğu mövqe o qədər sərt idi ki, Sevinc xanımın dediklərini əllərində bayraq edib T.Qarayevi çoxdan millət, vətən xaini elan etmişdilər. Sevinc Osman qızı Tamerlan Qarayev haqqında qərəzli, böhtan xarakterli informasiyalar yaymaqla özünə də, atası Osman Mirzəyevə də rəhmət oxutmur. 20 noyabrda vertolyotu ermənilər vurub, ermənilər bu işdə qatildirlər və bu təsdiq olunub. Sevinc Osman qızı ermənilərə bəraət qazandırmaq istəyirsə buyursun. Bütün dünya erməniləri Sevinc Osman qızının uydurmalarına əsaslanıb 20 noyabr qətlini öz üzərilərindən götürüb Tamerlan Qarayevə məxsus olduğunu hər yerdə bağıracaqlar. Sevinc Osman qızı qədər hələ heç kim erməni qatillərinə bu qədər bəraət verməyib. Sevinc Osman qızı erməniyə bəraət verib, ona siyasi pas verənlərin tapşırığını yerinə yetirməklə Azərbaycan dövlətinə (Tamerlan Qarayevə yox) necə bir zərbə vurduğunun fərqində olsun. Xanımın erməniyə bəraətinin istənilən cavabına hazıram.
 
İlham İsmayıl, tanınmış təhlükəsizlik eksperti

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın