Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Sevimli Dad” bağlanmayıb – Şirkətdən açıqlama

“Sevimli Dad” bağlanmayıb – Şirkətdən açıqlama

Bu gün mediada “Sevimli Dad” MMC-nin müflis olması ilə bağlı xəbər yayılıb. Xəbərdə bildirilib ki, mağazalarda firmanın məhsullarının satışı dayanıb, şirkətin xeyli sayda işçisi ixtisar olunub.

Qafqazinfo” xəbər verir ki, yayımlanan məlumatlardan sonra “Sevimli Dad”- ət məhsulları rəsmi səhifəsində bu xəbərin yanlış olduğunu və həqiqəti əks etdirmədiyini bildirib:

“Bu gün mətbuatda “Sevimli Dad” şirkətinin bağlanması ilə bağlı həqiqəti əks etdirməyən xəbərlər çıxır. Bildirmək istəyirik ki, şirkətimizdə heç bir işçi ixtisarı yoxdur, dükanlarımızın fəaliyyəti və ət məhsullarımızın satışı tam sürətlə davam edir”.

Məsələ ilə əlaqədar olaraq şirkətlə əlaqə saxladıq. Şirkət nümayəndəsi Təranə Abbasova hazırda hüquqşunasların bu işlə məşğul olduğunu bildirib: “Xəbərin mənbəyini tapmağa çalışırıq. Bu şirkət üçün qaralama kampaniyasından başqa bir şey deyil. Nə ət məhsulları, nə də süd məhsulları firmalarında hər hansı bir işçi ixtisarı var. Bu xəbərlər yalandır”.

Qeyd edək ki, “Sevimli Dad” MMC kolbasa və delikates ət məmulatları istehsal edən “М&T ltd” firması və süd məhsulları istehsal edən “Milk-Pro” MMC tərəfindən yaradılmış və eyni ticarət nişanı altında ət və süd məhsulları realizə edən mağazalar şəbəkəsidir. Şirkət 1 sentyabr 2002-ci il tarixindən fəaliyyət göstərir.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın