Ana səhifə / Siyasət / `Sevil` massivinin rəhbərinin 9 milyonluq əmlakı müsadirə edilib

`Sevil` massivinin rəhbərinin 9 milyonluq əmlakı müsadirə edilib

“Sevil Massivi üzrə ekspertlər təyin etmişik. Ekspertlərin rəyindən asılı olaraq, 1279 vətəndaşa dəymiş ziyan təmin edilib”

Azvision.az xeber verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

O, qeyd edib ki, vətəndaşa dəymiş ziyanın hansı formada təmin edilməsi isə onların özündən asılıdır.

`Bəziləri pul, bəziləri isə başqa mənzil və ya torpaq sahəsinin verilməsini istəyir. Lakin burada bir sıra problemlərlə üzləşirik. Məsələn, vətəndaş mənzili 3-cü mərtəbədən alıb, indi isə ona dəymiş ziyanın qarşılığında 7-ci mərtəbədən ev verirlər. Onlar isə bununla razılaşmırlar. Bu kimi hallar prosesi uzadır. Digər vətəndaşlara dəymiş ziyanın ödənilməsi də məhkəmə tərəfindən təmin ediləcək. `Sevil` massivinin rəhbərliyinin 9 milyondan artıq əmlakları müsadirə edilib`.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın