Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / Sevil Əliyeva oğlunun Cahangir Əsgərovun müavini təyin edilməsi haqda

Sevil Əliyeva oğlunun Cahangir Əsgərovun müavini təyin edilməsi haqda

Sevil Əliyeva oğlu Azər Əliyevin Azərbaycan Ağır atletika Federasiyasının vitse-prezidenti təyin edilməsi ilə bağlı xəbəri virtualaz.org-a təsdiqləyib.

“Azər Əliyev Azərbaycana kömək qərarı verib. O, Böyük Britaniyada gözəl təhsil alıb və magistrdir. Bundan əlavə, həmişə peşəkar səviyyədə idmanla və ağır atletika ilə məşğul olub. Azər Əliyev həmişə Azərbaycan yığma komandasının tərkibində müxtəlif yarışlarda iştirak edib. Onun çoxlu medalı var”, – Sevil Əliyeva deyib.

Sevil Əliyeva həmçinin bildirib ki. 30 yaşlı Azər Əliyev babasının – ümummilli lider Heydər Əliyevin evində yaşayır.

*   *   *15:04

Ağır Atletika Federasiyasında (AAAF) yeni təyinat olub.

Azvision.az xəbər verir ki, Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidenti postuna Azər Əliyev gətirilib.

Qeyd edək ki, Azər Əliyev Heydər Əliyevin qızı Sevil xanım Əliyevanın oğludur.

Virtualaz.org xatırladır ki, Ağır Atletika Federasiyasının prezidenti AZAL-ın rəhbəri Cahangir Əsgərovdur.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın