Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Siyasət / Separatçılar Qarabağı tərk etməmək üçün ermənilərə yalvarır

Separatçılar Qarabağı tərk etməmək üçün ermənilərə yalvarır

Xankəndidəki separatçıların “dövlət naziri” Ruben Vardanyan ermənilərin Qarabağdakı Azərbaycan torpaqlarından köçmək istəmələri xəbərlərindən ciddi narahat olub.  Belə ki, Ağdərə  rayonundakı erməni icmalarının nümayəndələrini başına yığan Vardanyan   yenə də “blokadanın yaratdığı böhranlı vəziyyət və onun təsirləri barədə danışıb”.

Sualları cavablandıran Ruben Vardanyan  deyib ki, “mümkün vasitələrlə mübarizəni davam etdirmək lazımdır”. O, erməniləri qorxutmamaq üçün  “mübarizə müharibə demək deyil” deyib:  “Mübarizə o deməkdir ki, biz Azərbaycanın təklif etdiyi yolla razı deyilik. Çətinliklərə baxmayaraq  buranı tərk etməyəcəyik”.

Vardanyan iddia edib ki, indi dünyada əksər güclər  Laçın yolunun açılmasını tələb edirlər. Gözlənilən yardımla bağlı sualı cavablandıran “dövlət naziri” bildirib ki, kiməsə arxalanıb, boş oturmağa ehtiyac yoxdur: “Biz əvvəlcə öz işimizi görməliyik, yalnız bundan sonra kömək gözləməliyik. Heç bir şey etməsən, yalnız başqalarına güvənsən, heç nə alınmayacaq, amma mübarizə aparıb iş görsən, tamam başqa vəziyyət yaranır”.

vardanyan.jpg (33 KB)

Vardanyanla bərabər “ərazi idarəetmə və infrastruktur naziri” Suren Qalstyan, “daxili işlər nazirliyi”nin nümayəndəsi Karen Avetisyan da iştirak edib.

 Separatçı rejimin “rəhbəri” Araik Arutyunyan da  qondarma “parlamentin” sədri Artur Tovmasyanla birlikdə  Xankəndidəki Mədəniyyət və Gənclər Sarayında  mövcud vəziyyətlə bağlı görüş keçiriblər. Arutyunyan öz Facebook səhifəsində görüşlə bağlı bunları yazıb: “Cəmiyyəti narahat edən bir sıra problemləri, onların həllinə yönəlmiş addımların prioritetini müzakirə etdik. Mən çıxışımda vurğuladım ki, mövcud çağırışlara qarşı durmaq üçün möhkəm birlik, müxtəlif xarici və daxili qüvvələrin separatçı təxribatlarına uymamaq əzmi lazımdır, əks halda biz  dövlətçiliyimizi  itirmək təhlükəsi ilə üzləşəcəyik .”

Bu arada Rusiya sülhməramlılarının komandanlığı “Laçın dəhlizi ilə avtomobil nəqliyyatının maneəsiz hərəkətinin bərpasına dair Azərbaycan və Ermənistan tərəfləri ilə danışıqlar prosesini davam etdirir”deyə, xəbər yayıb.

Bu gün isə Ermənistanda  “ordu günü” qeyd edilir. Amma baş nazir  Nikol Paşinyan hakim fraksiya nazirləri və müavinlərinin müşayiəti ilə  erməni hərbçilərin dəfn olunduğu əraziyə gəlib.   Ölən hərbçilərin valideynləri Nikol Paşinyanı “türk”, “ermənilərin qatili”, “satqın” adlandırıblar, müxtəlif təhqiramiz sözlər səsləndiriblər.Əraziyə çoxlu sayda polis əməkdaşı cəlb olunub.

Ermənistsanın sabiq prezidenti Serj Sərkisyan isə “ordu günü”ilə bağlı müraciətində  Paşinyana sataşıb: “Ordu yoxdursa, dövlət də yoxdur və olmayacaq. Orduya  qorxaq rəhbərlik edərsə, yox olmağa məhkumdur. Biz qalib ordu istəyirik – ölkəni və ordunu pis idarəçiliyə məhkum edən zəif iradəli, əxlaqsız liderlərimiz olmamalıdır. Orduya şərəfli, milli ləyaqət sahibi olan mərd şəxsiyyətlər rəhbərlik etdikdə məğlubedilməzdir”. Musavat.com   

Həmçinin oxuyun

“Erməni əsgərləri İsrail silahları ilə öldürülüb…” – İran səfiri yenə ermənilik etdi

“İrəvandakı bəzi Avropa səfirlikləri öz “Tvitter” səhifələrində erməni və fars dillərində İranın İsrailə hüquqi cavabı …