Şənbə , Dekabr 5 2020
Ana səhifə / Siyasət / Separatçı komandirlər Xankəndində zirzəmiyə yığışıb “torpaqları qaytarmaq”dan danışdı… -FOTO

Separatçı komandirlər Xankəndində zirzəmiyə yığışıb “torpaqları qaytarmaq”dan danışdı… -FOTO

Azərbaycan ordusunun əzdiyi, amma hələ sonadək məhv etmədiyi separatçı-terrorçu rejimin məğlub tör-töküntü komandirləri Rusiya sülhməramlılarının faktiki nəzarət etdiyi  Xankəndindəki zirzəmilərdən birində  üzdəniraq liderləri Araik Arutyunyanın başına yığışıb birləşməkdən, “ordunu gücləndirmək”dən,  “itirilmiş torpaqları qaytarmaq”dan dəm vurublar. 
Moderator.az xəbər verir ki, bu haqda erməni mənbələri məlumat yayıb.
“Müharibə davam etsəydi, bütün Artsaxı itirərdik, 140 mindən çox insan qaçqın olar və mürəkkəb sosial problemlər yaranardı. Amma müharibənin sona çatması nəticəsində Artsax ərazisinin bir hissəsi əlimizdə qalıb, burada ölkəmizi yenidən formalaşdıra biləcəyik, daha da güclənəcəyik və qaçqınlara geri qayıtmaq üçün bir fürsət yaranacaq” -deyə  Arutyunyan bildirib. 
Öz növbəsində separatçı komandirlər şansı qaçırmamağa, daha da güclənməyə, ordunu gücləndirməyə və “itirilən əraziləri” qaytarmağa hazırlaşmağa çağırıblar. “Hər zaman hazırıq! Biz siyasətlə maraqlanmırıq, hərbçiyik” -deyə komandirlərdən biri bəyan edib.
Göründüyü kimi, separatçı, terrorçu xislətli məxluqların başı tam əzilməyincə onlar öz xislətlərindən, deməli, Azərbaycana qarşı gələcək işğal planlarından əl çəkməyəcəklər…

Həmçinin oxuyun

“Azərbaycan az itkilər hesabına qələbəyə nail olub” – İqor Korotçenko

Qarabağda bir nizami ordunun digər nizami orduya qarşı müharibəsi gedirdi. Suriyalı muzdluların hazırlıq səviyyəsi onların …