Bazar ertəsi , Aprel 22 2024
Ana səhifə / Siyasət / Seçkilərdə ən çox və ən az pul xərcləyən namizədlər – HESABAT

Seçkilərdə ən çox və ən az pul xərcləyən namizədlər – HESABAT

Fevral ayının 7-də keçirilən və İlham Əliyevin qələbəsi ilə başa çatan prezident seçkilərində iştirak edən 7 nəfər namizəd 3-cü – sonuncu maliyyə hesabatlarını açıqlayıblar.
Yeniavaz.com xəbər verir ki, prezidentliyə namizədliyi qeydə alınan şəxslər seçki fondlarının gəlir və xərcləri ilə bağlı 1-ci və 2-ci maliyyə hesabatlarına yeni əlavələr ediblər.

Qeyd edək ki, prezidentliyə namizədlər seçki prosesi ərzində 3 dəfə maliyyə hesabatı verirlər. Namizədlər 3-cü – yekun maliyyə hesabatlarını seçkilərin nəticələrinin rəsmi dərc edildiyi gündən ən geci 10 gün sonra təqdim edirlər. Yekun maliyyə hesabatına seçki fonduna vəsaitlərin daxil olmasını və xərclənməsini təsdiq edən ilkin maliyyə sənədləri qoşulur.
Məlumat üçün onu da bildirək ki, prezidentliyə namizəd olan 7 nəfərdən 4-ü 2018-ci ildə keçirilən seçkilərdə də namizəd olublar. 2018-ci il seçkilərində İlham Əliyev 500 min manat, Qüdrət Həsənquliyev 28 min 498 manat 2 qəpik, Zahid Oruc 9 min 900 manat, Razi Nurullayev isə 1 836 manat 20 qəpik xərcləyib.

Həmçinin oxuyun

Ərsin Tatar Azərbaycana gələcək

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ərsin Tatar yaxın günlərdə Azərbaycana səfər edəcəyini açıqlayıb. AZƏRTAC …