Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Saxta mühacir skandalında bu dəfə – İsa Qəmbərlə Elnur Mirzəyev üz-üzə gəldi

Saxta mühacir skandalında bu dəfə – İsa Qəmbərlə Elnur Mirzəyev üz-üzə gəldi

Saxta mühacir skandalında adı keçən Elnur Mirzəyev Müsavat Partiyasının eks-başqanı İsa Qəmbərin ittihamlarına cavab verib.

Qafqazinfo” xəbər verir ki, İ. Qəmbərin bir gün əvvəl yazdığı “Ən çox diqqətimi çəkən Elnur Mirzəyevin bu sözləri oldu: “Və məni partiyaya apardılar, orda qapıda gözlədim. Sonra da mənə bildirildi ki, məsələ bir-iki günə həll olunacaq. Dedikləri kimi də oldu. İki gündən sonra mənə zəng gəldi ki, hazırdı. Və mənə bilet, Müsavatın nizamnaməsi, himni və strukturları haqda bir qovluq verdilər.” …apardılar, …bildirildi, …zəng gəldi, …qovluq verdilər…Kim??? Kimlər??? Bax Elnur Mirzəyev bunu da desə, saxta sənəd işbazlarının ifşasına böyük xidmət göstərmiş olar” fikrinə E. Mirzəyevin cavabı belə olub:

“Məni partiya binasının qarşısına gətirməkdə məqsədləri məni üzv olmaqla bağlı inandırmaq olub. Mən o zaman Gülağa Aslanlı və Vəfa Cümşüdlüyə öz partiya biletimin kopyasını göndərmişəm. Onlar onun saxta olub-olmadığını məndən yaxşı bilirdilər. İndi niyə bəyanat verdilər? İndi siz kimi mühakimə edirsiniz saxta sənədlə mühacirətə gedəni, yoxsa saxta sənəd düzəldəni? Əgər saxta sənədlə mühacirətə gedənləri mühakimə edirsinizsə, o zaman Belçikada 10-larla belələrindən var. Belçika Miqrasiya İdarəsinə sorğu göndərin, onlar sizə ətraflı məlumat versinlər. Gülağa Aslanlının bəyanatında tək mənim adımı deyil, başqalarının da adını görsəm,  o zaman sənədlərimi kimdən almışamsa detallarla açıqlayacam”.

İsa Qəmbər isə məsələyə belə aydınlıq gətirib:

“Gülağa Aslanlının bəyanatına bir daha diqqət edin, orada siz ittiham olunmursunuz, sizi aldadan saxtakarlar ittiham olunur. Ona görə mən təklif etdim ki, sizi aldadanlarln adını çəkəsiniz. Məhz bu halda biz saxta sənəd alverçilərini ifşa edə bilərik.

Deyirsiniz ki, başqa saxta sənəd sahiblərinin adı bəyanata daxil edilsə, siz saxtakarların adını çəkəcəksiniz. Əvvəla, saxta sənəd sahiblərinin adı bizə bəlli deyil, həmin adlar onlara saxta sənədləri verənlərdə ola bilər. Belçika Miqrasiya İdarəsinə müraciət edə bilərik, amma bizim məqsədimiz mühacirləri ifşa etmək deyil, saxtakarları ifşa etməkdir. Çünki, hətta saxta sənəd və bəhanələrlə Avropada oturum almaq istəyənlər də ölkəmizdə dözülməz sosial-iqtisadi və siyasi şərait yaratmış Əliyev rejiminin və bu səbəblərdən mühacirət edənləri aldadan saxtakarların qurbanlarıdır.

Odur ki, əgər həqiqətin ortaya çıxmasında siz də bizim kimi maraqlısınızsa, sizə saxta sənəd satanların adını çəkin”.

Mühacir skandalının qəhrəmanı isə heç kimin adını yersiz çəkmədiyini İsa Qəmbərin diqqətinə çatdırıb:

“ İsa bəy, bəs Gülağa Aslanlı bu bəyanatı verəndə məni və ailəmi fikirləşmədi? O ancaq özünü və Eldar Zeynalovu fikirləşib. Mən heç kimin adını yersiz çəkməmişəm. Gülağa bəyin dostluğunda varam, mənə əməkdaşlıq təklif edə bilərdi. Razılaşmasaydım, o zaman bəyanat yerində olardı.

Gülaga Aslanlı mənim partiya biletimin sürətini 2 noyabr 2014-cü ildə görmüşdü. Bu sənədlərdə yazılana görə, Eldar Zeynalov şəxsən özü mənim haqqımda sizdən 9 iyul 2014- cü il tarfixdə informasiya alıb.  Bu həqiqətdir, yoxsa burada da saxtakarlıq var?”

İsa Qəmbər isə onun sualına cavab olaraq başqa şəxslər haqqında inboxda yazışmağı təklif edib.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın