Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Siyasət / Saxta AXCP sənədi işi böyüdü, iqtidar araşdırmaya başlayıb – Qalmaqal

Saxta AXCP sənədi işi böyüdü, iqtidar araşdırmaya başlayıb – Qalmaqal

Azərbaycandan mühacirətə gedənlərə saxta partiya biletləri satılması qalmaqalı böyüyür

Azinforum.az-ın  verdiyi xəbərə görə, hüquq-mühafizə orqanları tərəfindən bu işdə adı keçən şəxslər barədə araşdırma başlanması gözlənilir.

Sosial şəbəkədə siyasi sığınacaq almaq üçün Almaniyaya üz tutmuş şəxslərdən birinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olduğunu əks etdirən sənədin fotosu paylaşılıb.

Partiya bileti saxta şəkildə hazırlanıb. Almaniyaya köçmüş şəxs sənədin Ramin Hacılı adlı şəxs tərəfindən 3000 manata hazırlandığını iddia edib.

Sosial şəbəkə istifadəçiləri sözügedən şəxsin Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılı olduğunu və onun adının saxta sənəd düzəltmə işlərində çox hallandığını qeyd ediblər.

Ramin Hacı deyib ki, bir neçə ay əvvəl şəkil paylaşıb yazmışdılar ki, bu vəsiqəni Razi Nurullayev verib və saxtadır:

“İndi də eyni sənədi paylaşıb yazıblar ki, Ramin Hacılı edib. Bir az əvvəl də deyirdilər Müsavat Partiyasının işidir və s. Adlarını çəkmək istəmədiyim daha kimləri ittiham ediblər.

Birdən-birə mitinq etdilər. Siyasi mühacirətə getmək istəyənlərə çəkiliş üçün şərait yarandı. Onlara elə gəlir ki, özlərindən başqa heç kim onların nə işlə məşğul olduqlarını bilmir”.

Ulus.Az-ın verdiyi xəbərə görə, hüquq-mühafizə orqanları tərəfindən gündəmdə olan bu məsələlərin araşdırılması gedir. Bu söhbətlər Milli Şuranın mitinqindən sonra başlanıb.

Bunu Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, deputat Siyavuş Novruzov Demokratik Qüvvələrin Milli Şurasının keçmiş “Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqinə münasibət bildirərkən deyib.

S. Novruzov qeyd edib ki, mitinqdə əvvəlki köhnəlmiş fikirlər, məzmunsuz çıxışlar, aspekti olmayan iddialar səsləndirilib: “Korrupsiyaya qurşanmış AXCP sədri Əli Kərimli çıxıb orada korrupsiyadan danışır.

Bilirik ki, Əli Kərimli partiyasına üzv olmayanlara pul müqabilində saxta üzvlük sənədi verərək Avropaya mühacirət etməsinə şərait yaradır. Bu adam ən eybəcər korrupsiya ilə məşğuldur. Bu məsələlər araşdırılır”.

Hakim dairələrdə Ə.Kərimlinin və Avropadakı şəbəkəsinin mühacir biznesi ilə məşğul olduğu haqda səhih məlumatlar var.

Hüquq-mühafizə orqanları tərəfindən təftiş olunan bu ittihamlarla bağlı prokurorluqda AXCP sədrinə cinayət işi açılması gözləniləndir.

Həmçinin oxuyun

Fuad Qəhrəmanlı istefa verdi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı vəzifəsindən istefa verib. O, bu barədə …

Bir cavab yazın