Ana səhifə / Siyasət / “Saxta arayış məsələsində nə biabırçılıq varsa, İsa Qəmbər Arif Hacılı ilə o biabırçılığa şərikdir”

“Saxta arayış məsələsində nə biabırçılıq varsa, İsa Qəmbər Arif Hacılı ilə o biabırçılığa şərikdir”

“Saxta arayış məsələsini yalnız Arif Hacılının üstünə atmaq yanlışdır. Kütləvi arayış verilməsinə qarşı Müsavat Divanında sabit mövqe tutan 5 nəfər idik: Vəfa Cümşüdlü, Alya Yaqublu, Tofiq Yaqublu, Elman Fəttah və mən. İsa Qəmbərin Tofiq Yaqublu ilə arası əgər Milli Şura məsələsinə görə artıq sərin idisə, digər dörd nəfərlə (eləcə də Divan üzvü olmayan Könül Şamilqızı ilə) münasibətləri məhz kütləvi arayış verilməsinə qarşı çıxmağımız üzündən korlandı. Əgər bizim tərəfmizi tutsaydı, Divanda daha bir neçə nəfər bizə qoşulacaqdı və çoxluq yaranacaqdı”.

Bunu Müsavat başqanının sabiq müavini Yadigar Sadıqlı bildirib.

“İsa Qəmbər bizə qarşı oldu və bəzən bizə inanıb mövqeyimizi dəstəkləyən Divan üzvlərini bir-bir çağırıb profilaktik söhbətlər etdi. O söhbətlərdən sonra həmin üzvləri daha inandıra bilmədik və azlıqda qaldıq. Ona görə də arayış məsələsində nə biabırçılıq varsa, İsa Qəmbər Arif Hacılı ilə o biabırçılığa şərikdir”, – Y.Sadıqlı qeyd edib.

Həmçinin oxuyun

Fərəc Quliyev: “Partiyam seçkilərə qatılacaq, özüm isə…”

Milli Dirçəliş Hərəkatı Partiyası da parlament seçkilərində iştirak edəcək. Bu barədə Qaynarinfo-ya açıqlamasında partiyanın sədri …