Ana səhifə / Siyasət / Satıcılarla alıcılar arasında “araq davası” – FOTO

Satıcılarla alıcılar arasında “araq davası” – FOTO

Yanvarın 1-dən spirtli içkilərin kartla satışı barədə qanun qüvvəyə minib. Ancaq müşahidələr göstərir ki, heç də bütün ticarət məntəqələrində qanunlara tam riayət edilmir. Cebhe.info əməkdaşı bununla əlaqədar bir neçə market və satış mərkəzlərində müşahidələr aparıb. İlk öncə paytaxtın Əlibəy Hüseynzadə küçəsində yerləşən bir neçə mağazaya baş çəkdik. Onlardan bəzilərində spirtli içkilər olsa da “Spirtli içkilərin satışı qadağandır. Üz vurmayın” deyə yazılmış lövhələr asılmışdı . Səbəbi ilə maraqlandıq. Mağaza satıcıları bildirdi ki, satışın dayanmasına səbəb kartla ödəniş aparatının olmamamsıdır: “Bizə hələlik belə aparat gətirilməyib. Buna görə də satışı dayandırmışıq”.

Bəzi mağazalarda satıcıların özlərinə məxsus kartlardan ödəniş edərək pulu alıcılardan nəğd şəklində aldıqları bildirilsə də, baş çəkdiyimiz mağazalarda bunun şahidi olmadıq. Kartımızın olmadığını bildirib nəğd pulla ödəniş edərək spirtli içki almağa çalışsaq da buna nail olmadıq. Satıcılarla yanaşı alıcılar da spirtli içkilərin kartla satışından narazıdır. Özünü “Müəllim” kimi təqdim edən alıcının sözlərinə görə, spirtli içki, yaxud əvvəl deyildiyi kimi siqaret almaq üçün kart sisteminə keçmək əlavə maneələr yaratmaqdır: “Bakıda bu prosesin reallaşması nisbətən mümkün olsa da, bölgələrdə heç cür mümkün deyil. Bu isə narazı kütlənin artmasına səbəb olur. Artıq bölgələrin bir çoxunda yaşayan qohumlarla əlaqə saxlayırıq, onlar deyir ki, içkilər artıq satılmır. Artıq alıcılarla satıcılar arasında dava-dalaş, narazılıqlar da baş qaldırmaqdadır. Düzdür, içki, siqaret insan səhhətinə mənfi təsir etsə də, aludəçilik deyə bir şey var. Onları heç nə durdura bilməz. Bu qadağalar isə hesab edirəm ki, oğurluqların çoxalmasına səbəb olacaq.”

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın