Çərşənbə , May 25 2022
Ana səhifə / Siyasət / Şarl Mişel İlham Əliyev və Paşinyanla görüşəcək

Şarl Mişel İlham Əliyev və Paşinyanla görüşəcək

Aprelin 6-da Brüsseldə Avropa Şurasının prezidenti Şarl Mişel, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Bu barədə təşkilatın saytında məlumat yerləşdirilib.

Görüşün hansı formatda baş tutacağı barədə məlumat verilməyib.

Xatırladaq ki, Şarl Mişel Azərbaycan və Ermənistan liderləri ilə ötən ilin dekabr ayının 14-də görüşüb. Brüsseldə keçirilən üçtərəfli görüşdə Ermənistan-Azərbaycan problemi ilə bağlı bir sıra qərarlar qəbul edilib.

Həmçinin oxuyun

Ədalət Vəliyev Ağasif Şakiroğlu ilə görüşdü

Mayın 25-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev …