Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Sarkisyan-Petrosyan sövdəsi – yeni erməni oyunu, ya klanlararası “razborka”…

Sarkisyan-Petrosyan sövdəsi – yeni erməni oyunu, ya klanlararası “razborka”…

Ermənistan prezidenti Serj Sarkisyan dünən ölkənin 1-ci prezidenti Levon Ter-Petrosyanla görüşüb. Bu haqda erməni saytları məlumat yayıb.
Məlumata görə, görüş təşəbbüsü Petrosyandan gəlib. Ermənistan prezidentinin mətbuat xidmətindən media üçün yayılan açıqlamada görüşün 1 saat davam etdiyi, Qarabağda baş vermiş olaylar, Qarabağ probleminin həll müzakirələrində gözlənilən proseslər müzakirə olunub. Görüş Petrosyanın evində keçirilib.
Məlumdur ki, Ter-Petrosyan Sarkisyan hakimiyyətinə qarşı qatı müxalifətdədir. Bu səbəbdən də belə bir görüşün baş tutması maraqla qarşılanıb. Xüsusilə də prezidentin müxalifət liderinin evinə qədər gedib çıxması böyük narahatlıqdan xəbər verə bilər. Bu görüş niyə baş tutub və müzakirə predmeti nə olub?
Konfliktoloq Aqşin Əliyev  bildirdi ki, Levon Ter-Petrosyanın hazırda Ermənistanda böyük nüfuzu var: “Faktiki olaraq, Dağlıq Qarabağ və ətraf rayonların ilhaqı onun hakimiyyəti dönəminə təsadüf edir. Digər tərəfdən isə, Petrosyan Sarkisyanın təmsil olunduğu Qarabağ klanına aid deyil. Hazırda Ermənistana gələn meyitlərə görə əhali Qarabağ ermənilərinə etiraz edir. Digər tərəfdən isə Petrosyan bir vaxtlar aralarında ziddiyyət olan Klikiya kilsəsilə Eçmiədzin kilsəsi arasında barışa nail olub. Ermənilər üçün mühüm sayılan bütün bu irəliləyişlər məhz onun prezidentliyi dönəminə təsadüf edib. Bu səbəbdən də real çətin duruma düşən Sarkisyan Petrosyanın köməkliyilə həm erməni kilsəsinin, həm də Qarabağ klanına aid olmayan ermənilərin dəstəyinə nail olmaq istəyir. Sarkisyanın faktiki olaraq Petrosyanın evinə getməsi onun nə dərəcədə ağır vəziyyətdə olduğunun göstəricisidir. Onların arasında geopolitik mövzuda da söhbət olub. Amma inanmıram ki, geniş və əhatəli olsun. Çünki görüşün vaxtı bir saat göstərilir. Bir saat ərzində geniş və əhatəli söhbətin aparılması mümkünsüzdür. Təqribi isə bəllidir ki, Sarkisyan Petrosyanın ayağına gedib ondan indiki məqam üçün dəstək istəyib”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın