Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Sanki Arif Rəhimzadə Rusiya Dövlət Dumasının deputatıdır”

“Sanki Arif Rəhimzadə Rusiya Dövlət Dumasının deputatıdır”

Niyaməddin Orduxanlı: “ 1918-ci ildə Xalq Cümhuriyyətini Rusiya yaratmışdırsa, niyə 1920-ci ildə 11-ci qızıl ordu Azərbaycanı işğal etdi?!” 
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında Rusiyanın böyük rolu olduğunu deyən Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin bu açıqlaması siyasi partiyaların kəskin etirazına səbəb olub.
Bununla bağlı Moderator.az saytına açıqlama verən BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı bildirib ki, Azərbaycan dövlətinin rəsmi olaraq AXC-nin yaranmasının 100 illiyinə hazırlaşdığı bir ərəfədə, bu cür açıqlamaların olması çox təəssüf edici haldır və Arif Rəhimzadənin dediklərinin heç bir əsası yoxdur:
“ İlk olaraq bunu qeyd etmək istəyirəm. Əgər 1918-ci ildə AXC-ni Rusiya yaratmışdırsa, niyə 1920-ci ildə Rusiyanın 11-ci qızıl ordusu Azərbaycanı işğal etdi?! Digər tərəfdən çox yaxşı bilirik ki, həmin illərdə Rusiya daşnak erməni Şaumyana silahlı yardım edərək Azərbaycanda bolşevin höküməti qurmaq istəyirdi. Və Rusiyanın silahlandırdığı bu quldur dəstə 1918-ci ilin martında Azərbaycanın bölkələrində, Bakıda, Qubada, Görçayda və digər yerlərdə on minlərlə soydaşımızı qətlə yetirdilər. On minlərlə soydaşımızın qətlə yetirilməsini kim təşkil etmişdi? Kim silahlandırmışdı?! Təbii ki, Rusiya! Bütün bunları çox yaxın tariximizdə baş vermiş hadisələrdi. Niyə Arif Rəhimzadə unudur ki,  cənab prezident İlham  Əliyev mayın 26-da Respublika Günü ilə bağlı keçirdiyi rəsmi qəbulda elan etdi ki, Azərbaycan 1920-ci ildə işğal edilməsə idi, bu gün Azərbaycan daha çox inkişaf etmiş olardı. Hər zaman cənab prezident 1918-ci ilin xalqımız üçün şanlı tarix olduğunu və türk –müsəlman aləmində ilk dəfə Azərbaycanda Demokratik Xalq Cümhuriyyətinin yaranmasını qeyd edir. Qürur hissi keçirdiyini bildirir…Məgər bütün bunları Arif Rəhimzadə eşitmir?! Kənardan elə bir təəsürat yaranır ki, sanki Arif Rəhimzadə Rusiya Dövlət Dumasının deputatıdır.
Niyaməddin Orduxanlının sözlərinə görə,  Ümumrusiya Azərbaycan Konqresinin bağlanılmasında Rusiyanın heç bir rolunun olmamasını qeyd etmək doğru deyil : “ Bəs kimin rolu var? Arif Rəhimzadə çox yaxşı bilir ki, ÜAK-nin yaradılmasında mərhum prezident Heydər Əliyev və Vladimir Putin iştirak ediblər. Və Konqres həmişə Rusiya hökumətinin apardığı siyasətə dəstək verib. Bu gün hansısa nizamnamə pozuntularına görə ÜAK-ın qeydiyyatının ləğvini düşünmək sadəlöhvlük olardı. Bunu hər kəs də çox yaxşı bilir. Bilirsiniz ki, Azərbaycanda seçkilər yaxınlaşır. Keçən dəfə, 2013-cü ildə keçirilən seçkilərdən öncə Rüstəm İbrahimbəyov Azərbaycana göndərilmişdi… Gəldi, öncə Ziyalılar İttifaqı yaratdı, sonra “Milli Şura” adlanan bir qurum formalaşdırdı, bu insanlar “demokratiyanın dəstəkçisi, hüquqi dövlət quruculuğunda Rusiyada xüsusi rol oynamış” bir şəxs kimi Vladimir Putinə müraciət ünvanladılar… Bütün bunlar bizim gözümüzün qarşısında baş verib. O zaman Azərbaycan hökumətinin qətiyyətli mövqeyi, ölkədəki siyasi təşkilatların böyük əksəriyyətinin nə baş verdiyinin fərqində olması, bu məsələdə hökuməti dəstəkləmələri, sözsüz ki, Rusiyanı geri addım atmağa məcbur etdi. Doğrudur, bundan sonra Azərbaycan Rusiya ilə bu ölkədən dəyəri milyardlarla dollarla ölçülən silah-sursat, hərbi texnika alınması ilə bağlı müqavilələr imzaladı, Rusiyanın hərbi-sənaye kompleksinin inkişafına öz töhfəsini verdi. Təbii ki, bu silahlar Azərbaycana lazım idi, amma fakt ondan ibarət idi ki, Azərbaycan Rusiya ilə böyük məbləğlərdə müqavilələr imzaladı…İndi də seçki yaxınlaşdıqca, Rusiya Azərbaycanla hansısa yeni müqavilələrin imzalanmasını istəyir. Yaxud Azərbaycanın Rusiyanın liderlik etdiyi birliklərdə olmasını istəyir.Yəni hansısa umacaqları var. Və bu səbəbdən təzyiq yolunu seçib. Azərbaycanı təzyiq altında saxlamaq, Azərbaycan hakimiyyətinə mesaj ünvanlamaq istəyirlər ki, biz ölkədə sabitliyi poza, hakimiyyət dəyişikliyinə cəhd edə bilərik, amma etmirik… Anlamırlar ki, Qarabağ məsələsində ədalətli mövqe tutmayacaqları və işğala son qoyulmayacağı təqdirdə Azərbaycan indikindən artıq Rusiyaya yaxınlaşa bilməz. Kimsə də, qonşu Rusiya ilə münasibətlərin pozulmasını istəmir. Və bu arzu da deyil, məncə. Ancaq münasibətlər qarşılıqlı və ikitərəfli səviyyədə olmalıdır. Bunu Arif Rəhimzada bilməmiş deyil…”

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın