Şənbə , Dekabr 5 2020
Ana səhifə / Siyasət / “Sanki ANS-də hökumət əleyhinə söz deyənlərin torbasını tikəndə, dövran başqaydı” – Sevinc Osmanqızı tənqid olundu

“Sanki ANS-də hökumət əleyhinə söz deyənlərin torbasını tikəndə, dövran başqaydı” – Sevinc Osmanqızı tənqid olundu

“Professor Altay Göyüşöv məni bəyənmir, təəccüblənmirəm, amma “fırıldaq” dediyi nədir? Mən onun kimi gah Reala girib, gah çıxıb, gah yenə girib, yenə çıxmıram. Çörək kəsdiyim dostlarımı (Azər.. İlqar…Erkin…) bir-bir satmıram. Burada Vaşinqtonda qrant alıb, “mən Azərbaycana getsəm, həbs edərlər” deyib, sonra rahat Azərbaycana qayıtmıram. Günün neçə saatını müxalifətçi olub, neçə saatını kuzenimlə (əmi nəvəsi, prezidentin köməkçisi Yusif Məmmədəliyevlə) müxalifəti necə yıxmağı müzakirə etmirəm. Mən 30 il əvvəl nə etmişəmsə, indi də onu edirəm. Doğru bildiyimi müdafiə edir, yanlış bildiyimi tənqid edirəm. Allah qismət etsə, həyatımın bir o qədərini də bunu edəcəm”.

Pravda.az-ın xəbərinə görə, bunu ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızı deyib.

S.Osmanqızı qeyd edib ki, siyasət riyakarlıq demək deyil: “Onu bu vəziyyətə salıblar. Siyasətdə şəxsiyyəti bütöv, sözləri əməllərini tamamlayan, ləyaqətli adamlar olmalıdır. Parlamentə “düşüb” “mən siyasətçi deyiləm” deyənlər belimizi qırırlar. Onlar ziyalı yox, ziyanlıdırlar. Hesabatlı olacaqsan – hər əməlinə, hər sözünə görə. Əvvəl şəxsiyyət, sonra siyasət! Biz Azərbaycana bu mühiti gətirəcəyik”.

S.Osmanqızının bu mövqeyi birmənalı qarşılanmayıb. Jurnalist Aynur Elgünəş məsələyə belə münasibət bildirib: “Sevinc Osmanqızının Altay Göyüşovla bağlı son paylaşımını oxuyanda özümü gic yerinə qoyulmuş kimi hiss etdim. Əgər təkcə ona irad tutsaydı, vecimə də olmazdı. Elə yazıb, sanki elə ilk işi “Osmanqızı TV” olub. Sanki ANS-də hökumət əleyhinə söz deyənlərin torbasını tikəndə, CNN üçün Mehriban Əliyeva haqqında fəxarətlə video hazırlayanda dövran başqaydı. Anlayıram, adam səhv də edər, etdiklərinin yanlış olduğunu düşünüb dəyişər (hərçənd Sevincdə belə olmadığını gözəl bilirəm və onu bu düşərgəyə gətirdiyi üçün həmişə Emin Millini qınamışam), amma ayıbına da kor olub kiməsə ləyaqət, şərəf, əqidə dərsi keçməz də. Yoxsa ona elə gəlir ki, Əli Kərimlinin, Milli Şuranın qanadının altına girəndə adam demokrat, sədaqətli görünür? Yaxud kim daha çox söyürsə, o, daha cəsarətlidir? Unutmayın, bu yolla gündəmdə olmaq istəyənlər özünütəsdiqə ehtiyacı olanlardır.

Sizi bilmirəm, mən həyatı ziq-zaq olanların üstümüzə xətkeşlə gəlməsindən çox yoruldum.

P.S. Qazan deyir “dibim qızıldı”, çömçə deyir: “gəzib gəlmişəm”. Bu misalı çox sevirəm…”

Həmçinin oxuyun

Ceyhun Bayramovla Lavrov arasında telefon danışığı olub

Dekabrın 5-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı …