Ana səhifə / Siyasət / Samir Şərifovun adı «Rabitə işi»ndə tender talanı ilə bağlı keçir – İDDİA

Samir Şərifovun adı «Rabitə işi»ndə tender talanı ilə bağlı keçir – İDDİA

Azərbaycanın maliyyə sistemində yeni bir tendensiya yaranıb. Cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş məqamlar deyəsən maliyyə naziri Samir Şərifovu qətiyyən qane etmir. Cari ilin dövlət büdcəsi üzrə proqnozların təsnifatında, vəsaitlərin xərclənməsi mexanizmlərində mühim dəyişikliklər nəzərdə tutulub. Belə ki, bu il dövlət büdcəsində xərclərlə bağlı olaraq nəzərdə tutulmuş məqamlar demək olar ki, kifayət qədər sərtləşdirilib. Eyni zamanda dövlət investitsiya xərclərində nəğdsiz ödənişlərin həyata keçirilməsinə başlanılması da, demək olar ki, illərdir ölkənin büdcəsini istədiyi kimi idarə edib, istədiyi kimi talayan bir sıra məmurları narahat edir. Nağdsız ödənişlərin həyata keçirilməsi istənilən halda iri layihələrin maliyyələşdirilməsi sistemində mühim məqamlar, xüsusilə də yeyinti eşhtimallarını sıfıra bərabər edir.

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbs edilmiş çete üzvləri ilə bağlantıları olan «Rabitə işi» üzrə tutulanların da ifaədələrindən də bəlli olur ki, iri dövlət layihələri ilə bağlı olaraq böyük maxinasiyalar həyata keçirilib. «Rabitə işi» üzrə keçirilən məhkəmə istintaqından da bəlli olur ki, dövlətin vəsaiti və sifarişi ilə icra edilmiş iri layihələrlə bağlı olaraq böyüuk yeyintilərə yol verilib. Məhz tenderlərin formal olaraq təşkil edilməsi məsələsi, dövlət büdcəsindən Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinin hesabına köçürülmüş vəsaitlər də demək olar ki, talan edilib. Tendenrlərin formal keçirilməsi, ayrılan vəsaitlərin talan edilməsi epizodları üzrə birbaşa olaraq cavabdeh şəxs qismində maliyyə naziri Samir Şərifov da var.
S.Şərifov rəhbəri olduğu qurumda mövcud olan Büdcəsi İdarəsinin rəisinin təqdimatı ilə həmin vəsaitləri adı olub, özü olmayan formal «tedner qalibləri»nin hesabına məhz Samir Şərifovun mübarək imzası ilə köçürülüb.

Məlumatlara əsasən bum əqam hələ ki, rəsmi olaraq araşdlırılması da çox ciddiyə alınıb və yaxın zamanlarda Samir Şərifovun da həmin həcmi yüzmilyonlarla ölçülən dövlət vəsaitlərinin təyinat və təqdimatı istiqamətində iştirakı araşdırılacaq. Gundeminfo.az-a bilgi verən mənbə iddia edir ki, hazırda «Rabitə işi» üzrə oğurlanmış və talan edilmiş dövlət vəsaitlərinin büdcəyə geri qaytarılması istiqamətində işlər həyata keçirilir. Hətta bu iş üzrə keçirilən məhkəmə-istintaqı zamanı da ittiham edilən şəxslər də vəsaitlərin geri qaytarılmasmı ilə bağlı məqamlar yer alıb. Məlumatlara əsasən Samir Şərifovun məhz bu məqamla bağlı olaraq , vəsaitlərin nəzarətsiz və ya bilərəkdən talan edilməsi epizodları üzrə dindiriləcəyi gözlənilir.

Gundeminfo.az-a bilgi verən mənbə iddia edir ki, Samir Şərifov «Rabitə işi» ilə bağlı olaraq tenderlərə nəzarət, tenderlər üçün nəzərdə tutulmuş vəsaitlərin köçürülməsi və bu sahədə şəffaflığın təmin edilməsi ilə bağlı olaraq Samir Şərifovun səlahiyyətlərindən sui-istifadə etdiyi və ya qanunla üzərinə düşən məmur hərəkətsizliyinə yol verməsi məqamları araşdırılır.

Mövzu ilə bağlı daha detallı olaraq araşdırmalarımız olacaq. Qarşı tərəyin də mövqeyini dinləməyə hazırıq.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın