Şənbə , Mart 23 2019
Ana səhifə / Siyasət / Samir Adıgözəlli: “Onlar gücü çatan yerləri işğal və ilhaq edirlər”

Samir Adıgözəlli: “Onlar gücü çatan yerləri işğal və ilhaq edirlər”

Yanvarın 6-da Qazaxıstanın Karaqanda vilayətində minlərlə qazax küçələrə axışaraq etirazlara başlayıb. Buna səbəb 23 yaşlı qazaxın “Qədim Roma” restoranında öldürülməsidir. Bu aksiyanın Qazaxıstandakı ermənilərə qarşı keçirildiyi şübhə doğurmur. Belə ki, gənc qazaxın qətlinə görə bu ölkədəki erməni disasporunun 3 üzvü şübhəli sayılır.
İzdihamlı aksiyanın öz məcrasından çıxaraq toqquşmalara səbəb olacağından ehtiyatlanan hökumət qabaqlayıcı tədbirlər görüb. Məlumatlardan bəlli olur ki, qətl hadisəsindən bir gün sonra sosial şəbəkələrdə videokadrlar yer alıb. Yüzlərlə qəzəbli qazax qətl olayına görə Qazaxıstandakı erməni diasporunu günahlandırıb. Elə buna görə də polis dərhal küçələri nəzarət altına alıb, qəzəbli kütlənin ətrafını “çəpərləyib”.
Qazaxıstan mediası, öz növbəsində, xəbər verir ki, polis əməkdaşlarının operativ əməliyyat tədbirləri nəticəsində üç kişi həbs olunub. Onlar Malxasyan Torqom Manveloviç, Malxasyan Soxak Samveloviç və Nadırbekov Kair Xamiroviçdir.
Saxlananlar ağır cinayət əməli ilə bağlı şübhəli şəxs qismində tanınıblar. Karaqanda şəhər məhkəməsi onların barəsində həbs-qətimkan tədbiri seçib. Bundan əlavə, Karaqanda vilayətinin departamenti Qururyan Narek barəsində axtarış elan edib.
Qazaxıstandakı Ermənistan səfirliyi baş verənlərlə əlaqədar bəyanat verib, qətlə yetirilən gəncin ailəsinə başsağlığı verib, həmçinin, sakitliyə çağırış edib.
Diqqətçəkən məqam ondan ibarətdir ki, bu, xaricdəki erməni diasporu ilə bağlı yaranan ilk qalmaqal deyil. Bir müddət əvvəl Avropa ölkələrindəki erməni diaspor nümayəndələrinin transmilli cinayətkar aləmlə olan əlaqələri ifşa olundu. Xüsusilə də İspaniya və Almaniyada bu fəaliyyətin daha qabarıq şəkildə olduğu üzə çıxdı. Hətta Almaniya kanalları diaspor adı altında gizlənən erməni mafiyası haqda sənədli film çəkərək onu telekanallar vasitəsilə yayımladılar. Sonda isə bir çox erməni diaspor fəalı Almaniyada həbs edildi, bəziləri isə Ermənistana qovuldu. Qazaxıstanda baş verən hadisə erməni diasporunun tam olaraq kriminal fəaliyyətə alüdə olduğunun göstəricisi sayıla bilərmi?

Beynəlxalq Diaspor Mərkəzi icra aparatının rəhbəri Samir Adıgözəlli qəzetimizə bildirdi ki, istər erməni diaspor təşkilatları, istərsə də erməni diplomatik korpusu olsun, onlar işğalçı Ermənistan dövlətinin cinayətkar əməllərinin genişləndirilməsi istiqamətində açıq fəaliyyət göstərirlər: “Son dövrlərdə xarici mətbuatda Ermənistanın müxtəlif ölkələrdəki səfirlərinin kriminal aləmlə əlaqələri haqqında intensiv məlumatlar getməkdədir. Biz hətta erməni əsilli “qanuni oğruya” diplomatik pasportun verildiyinin də şahidi olduq. Bu, Ermənistan müstəqillik əldə etdikdən sonra start götürən və bu günə kimi davam edən bir prosesdir. İstər postsovet, istərsə də Avropa ölkələrindəki erməni kriminal dairələrin fəaliyyəti haqda məlumatlar verilib. Ermənistan hakimiyyətindəki yuxarı dairələrin kriminal avtoritetlərlə münasibətlərini sübut edən dəlillər daha çox Serj Sarkisyan dönəmində ortaya çıxmış oldu. Sonra İspaniya və Almaniyada biz konkret dəlillər əsasında erməni diasporu adı altında fəaliyyət göstərən erməni mafiyasının necə ifşa edildiyinin şahidi olduq. Qazaxıstanda baş verən hadisə bir daha sübut edir ki, erməni diasporu heç bir ölkədə sevilmir. Onlara verilən reaksiyaya fikir verin. Minlərlə adam etiraza qalxıb. Bu, adi kriminal zəmində baş verən hadisə deyil. Ortada millətçilik amili olmasaydı, reaksiya belə sərt olmazdı. Bir daha sübut olunur ki, nankorluq ermənilərin xislətinə aid keyfiyyətdir. Onlar yaşadıqları heç bir ölkəninin adətinə, mənəvi dəyərlərinə hörmət etmirlər. Onları yalnız erməni amili maraqlandırır. Bu səbəbdən də bənzər mənzərə ilə üz-üzə qalırlar. Artıq iç üzü açılan ermənilər yaşadıqları bütün ölkələrdən qovulmaq təhlükəsilə üz-üzədrirlər. Ermənilərin yaşadıqları cəmiyyətlərə məlum olur ki, erməni diasporu deyilən bir məfhumun arxasında, əslində, tamamilə başqa məqsədlər dayanır. Ermənilərin nankorluğu ilə ən ağır formada rastlaşan biz olduq. Onlara öz torpağımızda yer verdik, əvəzində oranı işğal etdilər. Onlar gücü çatan yerləri işğal və ilhaq edirlər. Nisbətən az olduqları ölkələrdə isə Qazaxıstandakı kimi iyrəncliklər törədirlər”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Tramp Colandan danışdı, Qarabağa təhdid yarandı…

ABŞ prezidenti Donald Trampın İsrail tərəfindən işğal olunmuş, ancaq BMT və dünya dövlətləri tərəfindən İsrail …