Bazar , Oktyabr 25 2020
Ana səhifə / Siyasət / Şamaxıda məmurlar seçkini qanusuz yollarla TAMAMlamaq istəyir – ETİRAZ+FOTO

Şamaxıda məmurlar seçkini qanusuz yollarla TAMAMlamaq istəyir – ETİRAZ+FOTO

85 saylı Şamaxı Seçki Dairəsində gedən seçki marafonu ilə bağlı yeni narazılıq üzə çıxıb. Bu dəfə namizədlərdən biri, ehtiyatda olan polkovnik Əzizağa Süleymanov  sosial şəbəkədəki hesabında Şamaxıdakı dövlət qurumlarını təmsil edən məmurların namizədlərdən biri olan Tamam Cəfərovanın seçki təbliğatında aktiv iştirak etdiyini sübut edən fotofaktı ictimailəşdirib.  Fotodan da görünür ki,  Dillər Universitetində təlim-tərbiyə işləri üzrə prorektoru  olan xanım namizədin görüşlərinin əksəriyyətində Şamaxı rayon mədəniyyət evinin müdiri Rəfail Tağıyev iştirak edir. Aydındır ki, belə bir faktın olması qanunaziddir. Bu səbəbdən də, Əzizağa Süleymanov məslənin araşdırılması üçün MSK sədri Məzahir Pənahova müraciət edib.

Qeyd edək ki, bundan əvvəl də, Tamam Cəfərovanın apardığı təbliğat-təşfiqat kampaniyasınıda olan qanusuzluqlarla bağlı mediada çeşidli məlumatlar tirajlanıb. Hətta Şamaxı ictimaiyyəti adından yayılan müracətdə Tamam xanımın namizədliyinə etiraz blidirilməsinə dair mətnin sürəti də bəzi saytlar vasitəsilə ictimailəşdirilmişdi. Hələlik Tamam Cəfərova və onun seçki qərərgahı səslənən konkret ittihamlarla bağlı heç bir açıqlama vermir. Seçki ekspertləri hesab edir ki, xanım namizədim apardığı bu tip təbliğatla bağlı tutarlı faktlar MSK-ya təqdim olunarsa, bu onun namizədliyinin ləğvi ilə də nəticələnə bilər.

Çinarə SEYİDOVA, Azinforum.az

Həmçinin oxuyun

Şimali Kipr Respublikasında Qarabağa dəstək mitinqi keçirilib –FOTO

Şimali Kipr Respublikasının Girnə şəhərində Azərbaycana dəstək vermək məqsədi ilə “Bir millət 3 dövlət” adlı …