Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Şamaxı Rəsədxanasında direktoru maliyyə yeyintisinə görə işdən çıxarılıb

Şamaxı Rəsədxanasında direktoru maliyyə yeyintisinə görə işdən çıxarılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin bu gün keçirilən iclasında Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev tutduğu vəzifədən azad edilib.

Modern.az saytının əldə etdiyi məlumata görə, Ə.Quliyevin işdən azad edilməsinin arxasında ciddi faktlar dayanır.

Belə ki, rəsədxanada yoxlamalar zamanı maliyyə yeyintisi üzə çıxıb.

Modern.az məlumatı dəqiqləşdirmək üçün AMEA-nın Rəyasət Heyətinin adının çəkilməsini istəməyən üzvü ilə əlaqə saxlayıb.

O, faktı təsdiqləyib və əlavə edib ki, bu istiqamətdə yoxlamalar davam etdirilir.

Qeyd edək ki, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında akademiyanın strukturunda bəzi kadr dəyişiklikləri müzakirə olunub.

AMEA-nın müxbir üzvü Əyyub Quliyev Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru vəzifəsindən azad edilib. Onun səlahiyyətlərini müvəqqəti olaraq AMEA-nın müxbir üzvü Namiq Cəlilov icra edəcək.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın