Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Salyanın icra başçısını oğluna görə danladılar – MANDAT DAVASI

Salyanın icra başçısını oğluna görə danladılar – MANDAT DAVASI

Bu günlərdə müxtəlif Kütləvi İnformasiya Vasitələrində Salyan rayon icra hakimiyyətinin başçısı Tahir Kərimovla bağlı ilginc iddia yayılıb. Həmin iddialara görə, icra başçısı Tahir Kərimov oğlu Ümid Abuzərlini (Tahir Kərimovun atasının adı Abuzərdir və icra başçısının oğlu soyad kimi babasının adını götürüb – Savash.org) parlament seçkilərinə qatılmağa həvəsləndirib. Onun artıq bu məqsədlə hazırlıqlara başladığı da yayılmış informasiyalar arasındadır.
Amma mövzuyla bağlı özəl mənbələrdən Savash.org-a daxil olan məlumatlarda bildirilir ki, Salyanın icra başçısı oğlunun deputatlıq hazırlıqlarını elə başlamamış yekunlaşdırıb. Belə ki, oğlunu parlamentdə görmək icra başçısının özfəaliyyəti imiş və onun bu davranışı “yuxarı”larda qəzəblə qarşılanıb. Mənbənin sözlərinə görə, Tahir Kərimov buna görə hakimiyyətdəki havadarları tərəfindən danlanıb və ondan oğlunun təbliğatına son qoymaq tələb olunub.

Məlumat üçün bildirək ki, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimovun oğlu Ümid Abuzərli Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Ofisinin Koordinatorudur.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın