Bazar , Oktyabr 25 2020
Ana səhifə / Siyasət / Salome Zurabişvili: “Azərbaycan və Gürcüstan xalqlarını yaxın dostluq əlaqələri birləşdirir”

Salome Zurabişvili: “Azərbaycan və Gürcüstan xalqlarını yaxın dostluq əlaqələri birləşdirir”

“Gürcülər və azərbaycanlılar fərqli dinlərə məxsus xalqlar olsalar da bizi yaxın dostluq əlaqələri birləşdirir”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti xanım Salome Zurabişvili Şeyxülislam Hacı Allahşükür Paşazadənin 70 yaşı, onun Şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyi münasibəti ilə göndərdiyi məktubunda deyib.

S. Zurabişvili məktubunda Hacı Allahşükür Paşazadənin və Gürcüstanın patriarxı II İlianın Qafqazda sülhün gücləndirilməsinə töhfə verdiyini qeyd edib.

“Mən hər zaman ölkələrimiz arasında dostluq əlaqələrinin gücləndirilməsində Gürcüstan patriarxı və sizin şəxsi rolunuzu görürəm. İnanıram ki, bu dostluq hər zaman güclü olacaq, biz onun qayğısına qalacağıq və regionda çox önəmli olan sülhün və çiçəklənməni gücləndirəcəyik”, – deyə S. Zurabişvili bildirib.

Həmçinin oxuyun

Daniyelyan: “Mnatsakanyanın cavab verə bilmədiyi suallar…”

“Zöhrab Mnatsakanyanın müsahibəsini diqqətlə oxuyun, daha dəqiq desəm, onun cavab verə bilmədiyi KİV-in suallarını oxuyun”. …