Bazar , Noyabr 29 2020
Ana səhifə / Siyasət / “Şahzadə axtarmırdım…” – Şeyxə ərə gedən gimnastımız

“Şahzadə axtarmırdım…” – Şeyxə ərə gedən gimnastımız

“Adətən kimsə ərə gedəndə, biz ona xoşbəxtlik arzulayırıq. Lakin məndə belə olmadı”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycanın tanınmış bədii gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı sosial şəbəkədəki hesabında yazıb:

“Mən sizlərdən heç nə istəməmişəm və 24 yaşımda ərə gedəndə ayaqlarım üstündə möhkəm və müstəqil dura bilirdim. Yaşıdlarım olan uşaqlar küçədə oynayanda mən oynamırdım, çoxlu şirniyyat yeyə bilmirdim, həmyaşıdlarımla gəzə bilmirdim, münasibətdə olduğum biri yox idi, yaşıdlarım kimi klublarda əylənmirdim.

Mən aylarla valideynlərimi görmürdüm və həyatımın yarısını təyyarələrdə, səfərlərdə keçirirdim. İdmançı idim, peşəkar idmançı. Ciddi rejimdə yaşayırdım və ən mühafizəkar şəkildə tərbiyə olunurdum. Bədii gimnastikada ilk milli kadr idim, ölkəmi təmsil edirdim və az medal gətirməmişəm, ölkəmin bayrağını dəfələrlə qaldırmışam. Ailəm, şükür allaha, acından ölmürdü. Valideynlərim mənə statusundan asılı olmayaraq, hər kəsə hörmət etməyi, zəhmət çəkməyi və öz zəhmətimlə məqsədlərimə doğru getməyi öyrədib.

Mən Qəbələdə işləməyə can atmamışam. Ölkənin ən yaxşı idmançıları ilə birgə idman klubunda işləmək üçün dəvət almışdım. Uzun müddət öz gimnastika məktəbimi açmaq üçün “vuruşdum” və orada hansısa maddi səbəblər yox idi. Nəhayət ki, bunu edə bildim, mənim çoxlu gözəl uşaqlarım oldu.

İndi internetin yarısı, yetkin kişilər və qadınlar mənim şəxsi həyatımı, işimi və hərəkətlərimi müzakirə edirlər. Bilmirəm pis olan kimdir, mənim haqqımda yalan hekayəni yazanlar, yoxsa bu ucuz piarı dəstəkləyənlər. Hesab edirəm ki, 25 yaşımda öz ölkəm üçün şərh yazan, kiməsə gülən və ya tamamilə sənə yad olan insanların şəxsi həyatını müzakirə edənlərdən daha çox işlər görmüşəm.

Demək istəyirəm ki, mən şahzadə axtarmırdım. Mən ümumiyyətlə, heç vaxt heç kimi axtarmamışam. Taledən qaçmaq olmur.”

Qeyd edək ki, bir neçə gün öncə “Qafqazinfo” gimnastımızın Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun qardaşı oğlu Şeyx Səid Əl Məktuma ərə getməsi ilə bağlı ilkin xəbər yaymışdı.

Həmçinin oxuyun

Pravoslav kafedral kilsəsinin keşişi: “Əgər bir insan müqəddəs yerləri dağıdırsa, ona insan demək mümkün deyil”

Torpaqlarımızın azad olunacağı günü çoxdan gözləyirdik. Çox xoşbəxtik. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandana təşəkkür …

Bir cavab yazın