Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Siyasət / Şahnazarovun Qarabağ həqiqəti və erməni yalanlarının ifşası – ŞƏRH

Şahnazarovun Qarabağ həqiqəti və erməni yalanlarının ifşası – ŞƏRH

“Rusiya 24″ telekanalında ”Vladimir Solovyovla axşam” verilişinin efirində Dağlıq Qarabağ münaqişəsi yenə də müzakirə edilib. Verilişin qonaqlarından biri erməni əsilli sovet və rus kinorejissoru, ssenarist Karen Şahnazarov olub.

Karen Şahnazarov deyib ki, Qarabağ uğrunda mübarizədə erməni rəhbərliyi Ermənistanı itirməmək barədə də düşünməlidir.  Şahnazarov çıxışı zamanı Ermənistan rəhbərliyini reallığa uyğun addımlar atmamaqda, illüziyalara qapılmaqda və vəziyyəti düzgün qiymətləndirməməkdə günahlandırıb: “Ermənistan Azərbaycanın ərazi bütövlüyü məsələsini diqqətə almalıdır. Təəssüf ki, bütün bu baş verənlər Ermənistan rəhbərliyinin düşünülməmiş atılan addımlarının nəticəsidir. Vəziyyət elədir ki, istər-istəməz Azərbaycanın ərazi bütövlüyü məsələsini qəbul etmək və hər hansı bir status üçün imkan axtarmaq lazımdır. Hansı ki, erməni əhalisinin bu bölgədə təhlükəsizliyini, yaşayışını və mədəni inkişafını təmin eləsin. Başqa çıxış yolu yoxdur. Ermənistan cəmiyyətində hökm sürən bəzi illüziyalar var, məsələn, ”Biz İsrailik” illüziyası. İsraildə tamam başqa vəziyyətdir. Birincisi, İsrail qat-qat güclüdür. İkincisi, yəhudi diasporu erməni diasporundan qat-qat nüfuzludur”.

Kinorejissor qeyd edib ki, Rusiyanın hazırkı münaqişəyə müdaxilə etməyə heç bir əsası yoxdur: “Qarabağı Abxaziya, Cənubi Osetiya və Donbasla müqayisə etmək olmaz. Onlar Rusiya ilə sərhəddirlər. Qarabağ Azərbaycan ərazisində yerləşir. Bundan əlavə sözügedən 2 rayon da Azərbaycana aiddir. Hər halda, 7 rayon qaytarılsa, Qarabağ nə edəcək?! Bu gün Rusiyanın bu məsələyə qarışması üçün heç bir real hüquqi imkanı yoxdur.   Situasiyanı qiymətləndirəndə onu reallığa uyğun qiymətləndirməlisiniz. Özünüzü aldatmaq lazım deyil. Aydındır ki, Qarabağın müstəqilliyini heç kəs tanımayacaq”.

Fikrət Yusifov Ana Vətən Partiyasından istefa verdi

Fikrət Yusifov: “Şahnazarov kimi ermənilər gedişatın Ermənistan dövlətini çökdürəcəyini görürlər”

Professor Fikrət Yusifov bildirdi ki, erməni xalqının beynini yumuş Sərkisyan və Köçəryan kimi cinayətkar cəlladların ardınca Ermənistanda hakimiyyətə demokratiya cildinə girmiş faşist xislətli Paşinyan gəldi. Hakimiyyt kürsüsündə bir qədər oturduqdan sonra bu siyasi diletant inandı ki, Azərbaycanın əlindən nəinki Dağlıq Qarabağı almaq mümkündü, hətta Dağlıq Qarabağın ətrafında işğal altında saxlanılan yeddi rayonunun da ərazisini Dağlıq Qarabağa qatıb müqəddəs torpaqlarımızda ikinci erməni dövləti yaratmaq olar: “Bu siyasi savadsız reallıqları dəyərləndirməyi bacarmadı. Azərbaycan Ordusunun gücünü anlamaq istəmədi. Anlamaq istəmədi ki, Azərbaycan dövləti iqtisadi, maliyyə, hərbi və bir çox digər cəhətlərdən  regionun ən qüdrətli dövlətidir. Anlamaq istəmədi ki, Azərbaycanın sözü olmadan bu regionda bir qlobal layihə həll oluna bilməz. İşğal altındakı torpaqlarımızi bizə unutdurmaq üçün ”Qarabağ Ermənistandır” deyib, Azərbaycana hücum etdi və bununla da bizi Vətən müharibəsinə təhrik etdi. Nəticədə artıq hətta Ermənistan dövlətçiliyini böyük təhlükə ilə üz-üzə qoydu. Azərbaycan Prezidenti dəfələrlə Ermənistanın siyasi rəhbərliyinə  qoşunlarını işğal altında olan torpaqlardan çıxarıb sülh danışıqlarına getməsini təklif etsə də, Paşinyan və onun komandası bu təşəbbüsü lazımınca dəyərləndirə bilmədilər. Əksinə, bir qədər də irəliyə gedib, mümkün olan və olmayan bütün yollarla Dağlıq Qarabağa silah-sursat və muzdlu döyüşçülər daşımaqda davam edirlər”.

F.Yusifov qeyd etdi ki, başını itirmiş Paşinyan anlamır ki, beşinci nəsil silahlar qarşısında  onların istifadə etdikləri silahlar “sapandla daş atmaq” kimidir: “Ermənistanın siyasi rəhbərliyi bu gün düşdükləri durumun reallıqlarını dəyərləndirmək qabiliyyətini demək olar ki, tam itirib. Ona görə də bu müharibə Ermənistanı bir dövlət kimi çökdürəcək. Azərbaycan Ordusunun döyüş meydanlarında bir neçə gün ərzində məhv etdiyi təkcə ”S-300″lərin   ümumi dəyəri bir milyard dollar səviyyəsindədir. Bu, Ermənistan büdcəsinin 1/4 qədər  məbləğdir. Şahnazarov kimi ermənilər bütün bunları nəzərə alıb hesabladıqca gedişatın Ermənistan dövlətini çökdürəcəyini görürlər və bunu dilə gətirirlər”.

F.Yusifov vurğuladı ki, erməni əsgərlərini “ət maşınından” keçirən siyasi diletant Paşinyan nə qədər gec deyil Ermənistanın bir dövlət kimi mövcudluğunu təhlükə altına atdığının fərqində olmalıdır.

Həmsöhbətimiz hesab edir ki, ermənilərin özlərini İsraillə müqayisə etmələri isə o qədər mənasız, gülünc, əsassız illüziyadır ki, onu şərh etməyə belə dəyməz.

Əhəd Məmmədli: “Azərbaycan üçün bircə çıxış yolu qalır, o da hərbi yoldur”

Əhəd Məmmədli: “Müharibə yeni başlayanda Şahnazarov  azərbaycanlıların uduzacağını deyirdi”

Politoloq Əhəd Məmmədli isə bildirdi ki, Karen Şahnazarov düz deyir, amma bu həqiqəti o məcburyyətdən deyir. Müharibə yeni başlayan günlərdə Şahnazarov çıxışlarında azərbaycanlıların uduzacağını, erməni sipərini yara bilməyəcəklərini deyirdi: “İndi görür ki, reallıq fərqlidir. Görür ki, Ermənistan uduzur, ona görə də ”valı dəyişir”, özünün şuşalı olduğunu, müharibə istəmədiyini deyir, birlikdə yaşamaq tərəfdarı olduğunu qeyd edir.  Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın da bu yaxınlarda açıqlaması oldu ki, Ermənistan dövlətinin özü təhlükəli vəziyyətlə üz-üzədir. Dedi ki, geri çəkilmək lazımdır, yoxsa Ermənistanın dövlət olaraq gələcəyi şübhə altına düşür. Bunu artıq rus siyasi ekspetlər də deyir. Paşinyanın özü də məğlubiyyəti dərk edir, lakin hətta bələdiyyələrə də döyüşə getmək tələbi irəli sürməklə məğlubiyyəti bütün erməni xalqının boynuna qoymağa çalışır. Paşinyan bir müddət sonra deyəcək ki, mən ilk günlərdən parlamentdə məsələ qaldırdım ki, Qarabağı verəkmi bu iş bitsin, xalqın deputatları yox dedilər, mən də buna uyğun davranmağa məcbur oldum. Ermənistanın özünü İsraillə müqayisə etməsi isə ermənilərin nə dərəcədə xəstə təfəkkürlü olduğunun daha bir təzahürüdür. Azacıq normal düşüncəsi olan istənilən şəxs ermənilərin bu bənzətməsinə ikrahla yanaşır”. Musavat.com

Həmçinin oxuyun

Türk hərbçilərinin Qarabağa gəlişi nə zaman baş tutacaq

Türkiyə Böyük Millət Məclisinin türk hərbçilərinin Azərbaycana göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləməsindən bir həftə …