Şənbə , İyun 3 2023
Ana səhifə / Siyasət / Şahinin həkimləri danışdı – “Beyin tutumu özünü göstərdi”

Şahinin həkimləri danışdı – “Beyin tutumu özünü göstərdi”

Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin səhhəti ağır olaraq qalır.

Qafqazinfo” xəbər verir ki, Tədris Terapevtik Klinikasının baş həkimi Adil Nuriyev “ASAN Radio”ya açıqlama verərək Şahinin vəziyyətinin yaxşı olmadığını söyləyib:

“Xəstə reanimasiya şöbəsindədir. Həkimlər tərəfindən tədbirlər görülür. Ümid edirik ki, xəstənin vəziyyəti yaxşılaşacaq”

Klinikanın hematoloqu Şəhla Şabanova rejissorda beyin tutumunun özünü göstərdiyini qeyd edib:

“İki kurs müalicə almışdı. Ancaq xəstəliyini geri qayıtdığının şahidi olduq. Bundan sonra xəstəyə daha qressiv yanaşmaq və sümük iliyi köçürmək məsləhətli idi. Üçüncü kursda beyin tutumu özünü göstərdi. Xəstəlik daha da ağırlaşır”.

Reanimotoloq Emil Qasımov isə bildirib ki, Şahin dərin komadadır:

“Şahinin vəziyyəti ağırdır, dərin komadadır. Ümidlərimiz var, həmin ümidləri istifadə etməyə çalışırq. İnşallah, vaxt hər şeyi həll edəcək”.

Rejissorun xanımı Səbinə Zəkizadə mövzu ilə bağlı qısa açıqlama verib:

“Ötən həftə halı lap pisləşdi. Hazırda reanimasiyadadır. Yaxşı xəbərini gözləyirik”

 

Şahinin həkimləri danışdı -  “Beyin tutumu özünü göstərdi”

Həmçinin oxuyun

“Ziya Hüseynzadəni həbs etməklə düz ediblər” – Deputat

“Şəxsi həyata müdaxilə etmək olmaz, amma hər şey müyyən qanunlar çərçivəsində olmalıdır. Əgər doğrudan da …

Bir cavab yazın