Cümə , Avqust 23 2019
Ana səhifə / Siyasət / Şahin Zəkizadənin ölümü təsdiqləndi – Yenilənib

Şahin Zəkizadənin ölümü təsdiqləndi – Yenilənib

Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadə vəfat edib.

Qafqazinfo” xəbər verir ki, o, müalicə olunduğu Tədris Terapevtik Klinikasında keçinib. Rejissorun xanımı Səbinə Zəkizadə xəbəri “Qafqazinfo”ya təsdiqləyib.

O, bildirib ki, rejissorun dəfn mərasimi Yeni Yasamal qəbiristanlığında olacaq.

Qeyd edək ki, Şahin Zəkizadə 6 aydır ki, xəstəliyi ilə mübarizə aparır.

***

Xanımı Səbinə Zəkizadə “Qafqazinfo”ilə ikinci dəfə əlaqə saxlayaraq yanlış məlumat verdiyini bildirib.

O, qeyd edib ki, bu məlumatı yayandan sonra həkimlər bildirib ki, Şahin hələ yaşayır.

***

“Bir neçə gün əvvəl komaya düşən tanınmış rejissor Şahin Zəkizadənin vəziyyəti ağırdır”. Bu barədə Azərbaycan Tibb Universitetinin Tədris terapevtik klinikasının Baş həkimi Adil Nuriyev ASAN Radioya məlumat verib.

***

Rejissor Şahin Zəkizadənin öldüyünü APA-ya Ş. Zəkizadənin xalası oğlu Aqil Adiloğlu təsdiqləyib. O, bildirib ki, Ş. Zəkizadə sabah Maştağada yerləşən “Seyidlər” qəbiristanlığında dəfn olunacaq.

 

 

Şahin Zəkizadənin ölümü təsdiqləndi -  Yenilənib
Şahin Zəkizadənin ölümü təsdiqləndi -  Yenilənib
Şahin Zəkizadənin ölümü təsdiqləndi -  Yenilənib
Şahin Zəkizadənin ölümü təsdiqləndi -  Yenilənib

Həmçinin oxuyun

Ərdoğanın partiyasının 18 yaşı tamam oldu – Bakıdan iki fərqli baxış

Həftə sonu Türkiyədə iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AKP) yaranmasının 18 ilini təntənəli qeyd …

Bir cavab yazın