Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Siyasət / Sahil Babayev keçmiş iş yoldaşına yüksək vəzifə verdi – ƏƏSMN-in yeni aparat kimdir?

Sahil Babayev keçmiş iş yoldaşına yüksək vəzifə verdi – ƏƏSMN-in yeni aparat kimdir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində daha bir təyinat olub.

Mia.aznazirliyə istinadən xəbər verir ki, nazir Sahil Babayevin əmrinə əsasən, Hidayət Abdullayevnazirliyin Aparatının rəhbəri vəzifəsinə təyin olunub.

Nazirlikdən bildirilib ki, H.Abdullayev 1979-cu ildə anadan olub.

2000-ci ildə  Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr, 2004-cü ildə Odlar Yurdu Universiteti ilə birgə Corciya (ABŞ) Dövlət Universitetinin təşkil etdiyi Biznesin idarəolunması fakültəsinin beynəlxalq biznes ixtisası üzrə magist dərəcəsini alıb.

1997-ci ildən Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsində müxtəlif vəzifələrdə, 2007-ci ildən “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-nin icraçı direktoru,  2008-ci ildən sığorta və bank sistemində, eləcə də bir neçə xarici ölkədə sığorta və tibbi risklərin idarəolunması sahələrində çalışıb.

2011-ci ildən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində şöbə müdirinin müavini, 2013-cü ildən həmin Nazirlikdə beynəlxalq layihə üzrə müdir müavini vəzifələrində işləyib.

2018-ci ilin avqust ayından hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri olub.

Həmçinin oxuyun

Nemət Pənahlının rəhbərlik etdiyi partiyanın dövlət qeydiyyatı ləğv edilə bilər

Nemət Pənahlının rəhbərlik etdiyi partiyanın – Azərbaycan Milli Dövlətçilik Partiyasının qeydiyyatı ləğv edilə bilər. Buna …