Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Sahibkarlar aylıq icarə haqqında və kommunal xərclərdən azad edildi – Yevlaxda

Sahibkarlar aylıq icarə haqqında və kommunal xərclərdən azad edildi – Yevlaxda

Prezident İlham Əliyevin yerli icra strukturlarının qarşısında qoyduğu vəzifələri yüksək səviyyədə həyata keçirmək, süni qiymət artımının qarşısını almaq, kiçik və orta sahibkarlıqla məşğul olan iş adamlarının fəaliyyətinə stimul vermək məqsədiləYevlax şəhərində də addımlar atılıb…
Belə ki rayonda orta və kiçik sahibkarlıqla məşğul olan 500 nəfərdən çox şəxs 2 ay müddətinə kommunal və digər xərclərdən, o cümlədən rüsumlardan azad edilib. Belə bir addımı “Aznefmaş” şirkətinin rəbərliyi atıb. Aznefmaş” şirkətinin tərkibindəki Yevlax Mərkəzi Bazarında fəaliyyət göstərən mağaza, köşk, və digər satış obyektlərinin işçiləri aylıq icarə haqlarını da ödəməyəcəklər. Əsas devalivasiya ilə əlaqədar əhalinin alıcılıq qabiliyyətinə təsir etməməsi üçün ərzaq və digər zəruri məhsulların qiymətlərinin bahalaşmasının qarşısını almaq, kiçik və orta sahibkarların fəaliyyətinə stimul verməkdir. Şirkət rəhbərinin bu addımı əhali və xüsusəndə sahibkarlar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Yevlax Şəhər İcra Hakimiyyətində sahibkarlar və ictimaiyyət nümayəndələri ilə təşkil olunan görüşdə də Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov Prezidentin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azad olunmasını, şəhid ailələrinə verilən təqaüdün, yaşa görə əmək pensiyalarının baza hissəsinin, məcburi köçkünlərə verilən aylıq xərclərin və 20 Yanvar hadisələrində əlil olmuş şəxslərə verilən təqaüdlərin , müəllim, həkim mədəniyyət, gənclər idman və digər sahələrdə çalışan şəxslərin aylıq əmək haqqısının artırılmasını yüksək qiymətləndirib. Bildirib ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək.
Görüşdə sahibkarlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, dövlətimizin başçısının süni qiymət artımının qarşısının alınması ilə bağlı tapşırığına əməl edəcəklərini bildiriblər.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın