Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Sahibkar Hacı İbrahimə qarğış etdi – FOTO

Sahibkar Hacı İbrahimə qarğış etdi – FOTO

Əslən Qazax rayonundan olan iş adamı Elşad Məmmədov təkcə Azərbaycanda yox, həm də artıq dünyada tanınan “Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmliyə qarşı sərt ifadələr səsləndirib.

“Xəzər Adaları” kimi dünyada məşhur bir layihənin inşası ilə məşğul olan Hacı İbrahim Nehrəmli ilə iş adamı Elşad Məmmədov arasında uzun müddətdir ki, pul mübahisəsi yaşanmaqdadır. Belə ki, qazaxlı sahibkar “Avesta” sahibini onun yarım milyon manata yaxın vəsaitini mənimsəməkdə ittiham edir. Uzun məhkəmə çək-çevirlərinə baxmayaraq qazaxlı iş adamı haqını bərpa edə bilməyib.

Vertikal.az bildirir ki, buna görə bu gün Elşad Məmmədov özünün “facebook” səhifəsində etirazını maraqlı formada ifadə edib:

“Əvvəla … (Hacı) İbrahim Nehrəmlli Allah sənin və övladlarının bəlasını versin.
Sonra mənim bu sənədimi ləğv edən məhkəmə hakimlərinin və övladlarının. Siz əmir qullarısınız. Belə”…

Sahibkar Hacı İbrahimə qarğış etdi

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın