Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Siyasət / Sahib Alıyevin seçicilərlə görüşündə qalmaqal – Video

Sahib Alıyevin seçicilərlə görüşündə qalmaqal – Video

Növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat mərhələsinin gərgin keçdiyi 95 saylı Tərtər Seçki Dairəsində yenidən insident yaşanıb.

Sosial şəbəkələrdə yayılan videogörüntülərdən məlum olur ki, Tərtər Mədəniyyət Evində deputatlığa namizəd Sahib Alıyevin seçicilərlə görüşündə gərginlik baş verib. Zala toplaşan seçicilər S. Alıyevin namizədliyinə etiraz edirlər, onun tərəfdarı, görüşün təşkilatçısı olan bir xanım isə onlara cavab verir. Tribunada dayanan Sahib Alıyev isə zaldakı qarmaqarışıqlığı, mübahisələri seyr etsə də, müdaxil etmir. 

Xatırladaq ki, bundan əvvəl də S. Alıyev seçicilərin kütləvi etirazları ilə qarşılaşıb. Yerli icra qurumları nə qədər çalışsalar da, deputatın bir görüşünü də qalmaqalsız ötüşdürə bilmirlər. Görünür, seçicilərin S. Alıyevə münasibəti həddindən artıq kəskindir və bu fakt hakimiyyət dairələrinin də diqqətindən yayına bilməz.  /Azpolitika.info

Həmçinin oxuyun

“Zəngilanın azadlığı, Xudafərində dövlət sərhəddimizin bərpası misilsiz hadisələrdir…”

Azərbaycan Respublikasının ilk  Prezidenti Ayaz Mütəllibov ordumuzun Zəngilan şəhərini, eləcə də Cəbrayıl, Füzuli, Xocavənd rayonlarının …