Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Siyasət / Sahibə Qafarova İranın yeni seçilmiş prezidentinin andiçmə mərasimində iştirak edəcək

Sahibə Qafarova İranın yeni seçilmiş prezidentinin andiçmə mərasimində iştirak edəcək

Azərbaycan Parlamentinin spikeri Sahibə Qafarova İranın yeni seçilmiş prezidenti Seyid İbrahim Rəisinin andiçmə mərasimində iştirak edəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Abbas Musəvi İRNA-ya açıqlamasında deyib.

O bildirib ki, xanım S.Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti cümə axşamı günü keçiriləcək rəsmi innoqrasiya mərasimində iştirak edəcək.

Səfir qeyd edib ki, nümayəndə heyətinin tərkibində baş nazirin müavini Şahin Mustafayev, Azərbaycan XİN müavini və bir neçə yüksək vəzifəli şəxslər olacaq.

Həmçinin oxuyun

“Ermənistan irəliləyişin qarşısını almağa cəhd edir” – Ceyhun Bayramov

“Münaqişənin həlli Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşması ilə regional əməkdaşlıq, inkişaf və rifah üçün yeni …