Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Şahbaz Xuduoğlunun ailəsindəki faciədən 1 il ötür

Şahbaz Xuduoğlunun ailəsindəki faciədən 1 il ötür

“Qanun” Nəşrlər Evinin direktoru, jurnalist Şahbaz Xuduoğlunun ailəsindəki faciədən 1 il ötür. 
AzNews.az xəbər verir ki, onun həyat yoldaşı Könül Rüstəmxanlının il mərasimi sabah Təzə Pir Məscidində keçiriləcək. Yas mərasimində qadınlar saat 13.30-dək, kişilər isə saat 13.30-dan sonra iştirak edə bilərlər.
Qeyd edək ki, faciə ötən il fevral ayının 11-də saat 15.30 radələrində Masallı-Yardımlı yolunda baş verib. “Qanun” Nəşrlər Evinin sürücüsü Rafiq Mustafayevin idarə etdiyi 90-LB-944 dövlət nömrə nişanlı, “Toyota Prado” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Nəticədə maşında olan Şahbaz Xuduoğlunun həyat yoldaşı, 1971-ci il təvəllüdlü Könül Yolçu qızı Rüstəmxanlı hadisə yerində dünyasını dəyişib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın