Cümə axşamı , Sentyabr 24 2020
Ana səhifə / Siyasət / Şahbaz Xuduoğlu: “Məhz bu generalın qarşısında özümü borclu bilirəm”

Şahbaz Xuduoğlu: “Məhz bu generalın qarşısında özümü borclu bilirəm”

“Bilmirəm nə səbəbə, məhz bu generalın qarşısında özümü borclu bilirəm”.
Bunu Qaynarinfoya açıqlamasında “Qanun” nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu şəhid general Polad Həşomova həsr olunan “Polad generalımız” adlı kitabdan danışarkən deyib. Direktor qeyd edib ki, əsas məqsəd məktəblilərin, gənc nəslin gözündə mərhum generalın obrazını tam yaratmaq idi:

“Uşaqlığı, dostluğu, kursantlığı, hərbi xidməti və komadirli, eləcə də övlad və valideyn kimi tanıdılmasına çalışdıq. Xatirələr yığcamdır, amma tamdır. Kitab pulsuz paylanır, 2000 ədəd nəşr etmişik. Dünəndən 300 ədəd kitab paylanıb. Hər adama 1 kitab veririk, təşkilat üçün bir neçə ədəd veririk. Bu işdə maddiyyatı unutdum. İnsanlar həyatlarını veriblər, bir kitabın hazırlanma və nəşri xərcini mən çəkməklə dünya dağılmaz. Bilmirəm nə səbəbə, məhz bu generalın qarşısında özümü borclu bilirəm. Onun haqqında xatirlər toplamağa davam edirəm. İnanıram ki, daha mükəmməl bir kitab çap edə biləcəyik”.Şahbaz Xuduoğlu kitab dükanlarının budəfəki yumşalmada da açılmaması məsələsinə toxunub:
“Qərargahda oturanları qınaya bilmirəm. Təcrübəsizdirlər. Ağır dönəmdir. Amma onların anti-insani hərəkətlərini, təkliflərə məhəl qoymadıqlarını qınayırıam. Kitab dükanları açılmalıdır. Kitab dükanalrına azadlıq verilməlidir. Mən bütün ölkələrin kitaba münasibətini təhlil etdim. Əksər böyük ölkələr və şəhərlər kitab düknalrını bağlamadılar. Biz də isə əksinə, sona qədər bağlı saxlayırlar. Belə olmalı deyil”.

Həmçinin oxuyun

Əli Həsənovun xanımı: “Az tapmışıq az yemişik, çox tapmışıq çox yemişik”

Hələ 2011-ci il iyunun 3-də Əli Həsənovun həyat yoldaşı Sona Vəliyeva Lent.az saytına dəbdəbəli bir …