Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Siyasət / “Sağlam düşüncəli azərbaycanlı şəhid məzarından bayrağı götürüb zibilliyə atmaz” – Fazil Mustafa

“Sağlam düşüncəli azərbaycanlı şəhid məzarından bayrağı götürüb zibilliyə atmaz” – Fazil Mustafa

ağlam düşüncəli azərbaycanlı şəhid məzarından bayrağı götürüb zibilliyə atmaz. Vətənin sevən insan belə addım atmamalıdır.

Bunu millət vəkili Fazil Mustafa deyib.

Millət vəkili bildirib ki, bayrağa, şəhid ailəsinə qarşı bunu etmək mümkünsüz görünür: “Yaxşı ki, cəmiyyət və müvafiq qurumlar bu məsələyə dərhal reaksiya verib. Çox güman ki, bu addımı atan şəxs barəsində müvafiq ölçü də götürüləcəkdir. Bu, digərləri üçün də dərs olmalıdır ki, belə məsələlərdə həssaslığı itirməsinlər və xüsusi diqqətlə yanaşsınlar. Bütün hallarda şəhid ailələrinə həssaslılqla yanaşılmalıdır. Bir çox hallarda insanların ümumi diqqətsizliyi müəyyən problemlərə gətirib çıxarır. Bu yanlış addımdır və ictimai qınaq öz təsirini göstərir və göstərəcək”.

Xatırladaq ki, Oğuz rayon icra başçısının müavini Etibar Yusifov şəhidimizə, eləcə də bayrağımıza qarşı hörmətsizlik edib. O, şəhid məzarları üzərindən təzə əklilləri və dövlət bayrağını götüzdürüb və zibillik əraziyə tullatdırıb. Hadisə şəhidin atası tərəfindən videoya çəkilərək, yayılıb.

Həmçinin oxuyun

“Ermənistan irəliləyişin qarşısını almağa cəhd edir” – Ceyhun Bayramov

“Münaqişənin həlli Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşması ilə regional əməkdaşlıq, inkişaf və rifah üçün yeni …