Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Sabunçu xəstəxanasında vəfat edən danimarkalı Bakıda dəfn oluna bilər

Sabunçu xəstəxanasında vəfat edən danimarkalı Bakıda dəfn oluna bilər

Bakının Sabunçu rayonundakı 3 saylı şəhər xəstəxanasında vəfat edən Danimarka vətəndaşı Alen Lastenin ailəsi mərhumun Azərbaycanda dəfn olunması variantını nəzərdən keçirir.
APA-nın “Kavkazskiy uzel” portalına istinadən verdiyi xəbərə görə, meyitin Danimarkaya aparılmasının ciddi xərc tələb etməsi ilə əlaqədar ailə onu Azərbaycanda dəfn etməyi düşünür.
“Biz onun doğmalarına məlumat verdik ki, meyitin Danimarkaya göndərilməsi təxminən 5-6 min dollara başa gələcək. Bakıda dəfn isə bundan dəfələrlə ucuz olacaq”, – deyə Danimarkanın Bakıdakı fəxri konsulluğundan bildiriblər. Fəxri konsulluğun əməkdaşı deyib ki, mərhumun ailə üzvləri meyitin yandırılması və külün Danimarkaya aparılmasını təklif ediblər: “Lakin Azərbaycanda belə imkan yoxdur. Biz ailədən cavab gözləyirik. Son məlumatla görə, onlar Bakıda dəfn olunma variantına üstünlük verir”.
Səfirlik əməkdaşı onu da əlavə edib ki, ailənin xəstəxanaya hər hansı iradı yoxdur, çünki A. Lasten xəstəxanaya çox ağır vəziyyətdə çatdırılıb.
Xatırladaq ki, aprelin 19-da Banqkok-Kopenhagen aviareysi üzrə uçan, Norveç aviaşirkətinə məxsus təyyarə Heydər Əliyev beynəlxalq hava limanına məcburi eniş edib. Təyyarənin göyərtəsində 288 sərnişin olub. Məcburi eniş 16:02-də baş verib və halı pisləşmiş 1941-ci il təvəllüdlü Danimarka vətəndaşı Alen Lasten və qızı reysdən çıxarılıb. Onlar 3 saylı Sabunçu şəhər xəstəxanasına aparılıblar. Həkimlərin səyinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb. O, ağciyər-ürək tutmasından dünyasını dəyişib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın