Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Sabir Rüstəmxanlının oğlu Cavid Qurbanovun yerinə keçdi

Sabir Rüstəmxanlının oğlu Cavid Qurbanovun yerinə keçdi

“Azəryol” voleybol klubunun rəhbərliyində dəyişiklik baş verib. Azərbaycan Voleybol Federasiyasından “Report”a verilən məlumata görə, klub prezidenti vəzifəsinə Cəmil Rüstəmxanlı seçilib.
O, yeni vəzifədə Cavid Qurbanovu əvəzləyib. “Azəryol”un icraçı direktoru Yusif Atakişiyev, baş məşqçisi isə Aleksandr Çervyakov olub. Klubun sabiq icraçı direktoru Zöhrab Gözəlbəyli “Azərreyl” klubunda eyni vəzifədə işə başlayıb. Baş məşqçi vəzifəsi isə Bülent Karslıoğluna tapşırılıb. Amma “dəmiryolçular”ın yeni prezidenti hələ dəqiqləşməyib.
Qeyd edək ki, Cəmil Rüstəmxanlı “Azəryolservis” ASC-nin sədr müavini vəzifəsində çalışır. O, xalq yazıçısı, millət vəkili Sabir Rüstəmxanlının oğludur. Cavid Qurbanov isə “Azəryolservis”in sabiq, “Azərbaycan Dəmir Yolları” QSC-nin hazırkı sədridir.

 

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın