Bazar , Yanvar 16 2022
Ana səhifə / Siyasət / “Sabir Rüstəmxanlı öz həmkarlarını tərbiyəsiz adlandırır” — AÇIQLAMA

“Sabir Rüstəmxanlı öz həmkarlarını tərbiyəsiz adlandırır” — AÇIQLAMA

“Milli Məclisin ötən gün keçirilən iclasında Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən təqdim edilən qanun layihəsini kosmetik sənəd adlandıran və qanunları gurultu ilə qəbul olunduğunu deyən Sabir Rüstəmxanlının əsassız fikirlərinə spiker, çox hörmətli Sahibə xanım Qafarova dərhal və haqlı olaraq  münasibət bildirdi. Həqiqətən Sabir Rüstəmxanlı çıxış edərkən onun nə demək istədiyini heç cür başa düşmək olmurdu. Çünki onun fikirləri tamamilə reallıqdan uzaq və qərəzli idi”. 

Bu sözləri “Unikal”-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. Cavid Osmanov deputat həmkarının fikirlərinin təəssüf doğurduğunu bildirib:

“Sabir Rüstəmxanlı mənim də üzv olduğum partiyanın sədri, ölkə başçısı cənab İlham Əliyevin təqdim etdiyi qanun layihəsini kosmetik sənəd adlandırır, mövzu ətrafında əsassız fikirlər səsləndirir, haqlı və birbaşa reaksiya gördükdə isə fikirlərinə qarşı çıxanların münasibətlərinə qeyri-etik ifadələrlə reaksiya verir. Sabir Rüstəmxanlının adekvat fikirlərə bu qədər dözümsüz və aqressiv münasibəti  sadəcə təəssüf doğurur. 

Bundan sonra da mənsub olduğum Yeni Azərbaycan Partiyasının və dövlətimizin yürütdüyü siyasəti birmənalı olaraq dəstəkləyəcəyik, lazım bildiyimiz yerdə dəstəyimizi alqışlarla ifadə edəcəyik və heç bir kənar qüvvələrin təxribatları bizi bu yoldan çəkindirə bilməz. 

Sabir Rüstəmxanlı saytlara açıqlama verib ki, Milli Məclisin spikeri onu şantaj edib. Səsləndirdiyi əsassız fikirlərə tutarlı cavab eşitdiyi üçün yəqin jurnalistlər qarşısında bu cür vəziyyətdən çıxmaq istəyib. Hər halda, Sabir Rüstəmxanlı yanlış münasibət sərgiləməyə davam edib. 

Deputat Sabir Rüstəmxanlının atdığı bu addımın gündəmdə qalmaq cəhdləri olduğunu da vurğulayıb: “Sabir Rüstəmxanlı özünü ziyalı adlandıran biri olmasına baxmayaraq Milli Məclisdə olan öz həmkarlarını tərbiyəsiz adlandırır.  Onun bu cür addımı, eyni zamanda olsun ki, süni formada mövzu yaradaraq gündəmdə qalmaq cəhdləri və bu işdə Yeni Azərbaycan Partiyasından olan deputatları hədəf alması gülünc görünür. Alqışla hər hansı fikrə dəstək olmaq və ya əksinə öz etirazını bildirmək nə zamandan tərbiyəsizlik olub?! Ümid edirəm ki, Sabir Rüstəmxanlı bundan sonra başqa şəxslər haqqında fikir bildirərkən ən azından özünün yaşını nəzərə alcaq və insalar haqqında təhqiramiz fikirlər səsləndirməyəcək”. 

Həmçinin oxuyun

Düşmənin öz başında çatlayan təxribatı – TƏHLİL

Ötən ilin sonlarında Azərbaycan və Ermənistan dövlət başçılarının Soçi və Brüssel görüşündən sonra iki ölkənin …