Cümə , Noyabr 27 2020
Ana səhifə / Siyasət / Sabir Rüstəmxanlı da siyasi trendə qoşulur… – “İstefa verəcəyəm…”

Sabir Rüstəmxanlı da siyasi trendə qoşulur… – “İstefa verəcəyəm…”

Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Teleqraf.com-un qonağı olub.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Bakıda keçirilən yubiley tədbirindən danışan Sabir Rüstəmxanlı bu təşkilatın yaranma tarixinə toxunub, vaxtilə ayrı-ayrı ölkələrdə keçirilən görüşləri xatırladıb.

O, Özbəkistanın Türk Şurasına üzv olması ilə yenidən gündəmə gələn ortaq türk əlifbasının mümkünlüyünə də aydınlıq gətirib. Sabir Rüstəmxanlı həmçinin uzun illərdir terrorizmdən əziyyət çəkən Türkiyənin apardığı “Sülh çeşməsi” əməliyyatını şərh edib.

Sonda rəhbərlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyasında varislik məsələsi barədə söz açıb, istefa vermək istədiyini deyib.

Video müsahibəni təqdim edirik:

Həmçinin oxuyun

Deportasiya Qurbanları Cəmiyyəti bəyanat qəbul edib

Fransa Senatının qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması məqsədilə qəbul etdiyi qətnamə həm beynəlxalq hüquqa hörmətsizlikdir, …