Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Sabir Rüstəmxanlı Azərbaycan müxalifətini İstanbula toplayır

Sabir Rüstəmxanlı Azərbaycan müxalifətini İstanbula toplayır

Dünya Azərbaycanlıları Konqresinin İstanbulda keçiriləcək 13-cü qurultayına Azərbaycanın müxalifət liderləri də dəvət olunub. Artıq Azərbaycan müxalifləri İstanbula yola düşüblər. MSDM-in rəhbəri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin Bakı hava limanından facebookda paylaşdığı fotolardan da görünür ki, tədbirə Müsavat başqanı Arif Hacılı, AXP lideri Pənah Hüseyn, NİDA fəalları da dəvət olunublar. İsa Qəmbər yazır ki, onları tədbirə DAK rəhbərlərindən olan Sabir Rüstəmxanlı dəvət edib. 
Azərbaycanın müxalif liderlərini geniş ürəklə İstanbula aparan  S. Rüstəmxanlı, nədənsə media quruluşlarının, o cümlədən də “Yeni Müsavat” qəzetinin müraciətinə “imkanımız yoxdur”, cavabı verib.
Buna baxmayaraq, musavat.com DAK-a uğurlu qurultay arzu edir.
Qeyd edək ki, Sabir Rüstəmxanlı və Firudin Pərvizniyanın həmsədrlik etdiyi DAK qurultayını ilk dəfə 1997-ci ildə ABŞ-ın Los-Anceles şəhərində keçirib. DAK mətbuat xidməti bildirib ki, qurultay 18 aprel 2015 tarixində İstanbulda başlayıb 2 gün davam edəcək. Saat: 10.00 da başlayacaq olan qurultayın 19 aprel günü sona çatacağı planlaşdırılıb.
“18 İldir fəaliyyət göstərən DAK dünyanın 70-ə yaxın ölkəsində yaşayan Azərbaycan türklərinin ən böyük və ən tanınmış diaspor təşkilatlarından biridir. İndiyə qədərki qurultaylarını, Los Angeles, Vaşinqton, Haaqa, Brüssel, Stokholm, Frankfurt ,Köln, Bonn, Donetsk kimi ABŞ və Avropanın böyük şəhərlərində reallaşdıran DAK, bu ilki qurultayını İstanbulda keçirməyə qərar verib.
XIII Qurultay üçün İstanbulda keçirilməsi təsadüf deyil. Sözdə “erməni soyqırı”mın 100-cü il dönümü bəhanəsi ilə davam etdirilən Türk düşmənçiliyi kampaniyası səbəbi ilə İstanbul şəhəri xüsusilə seçilmişdir”.



Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın