Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Sabiq nazir müşavirinin tələbi bu dəfə rədd edildi

Sabiq nazir müşavirinin tələbi bu dəfə rədd edildi

Nəqliyyat nazirin müşaviri olmuş Çingiz Baxşıyevin yaxın qohumu Rövşən Əhmədov növbəti dəfə hakim qarşısına çıxarılıb.
Rövşən Əhmədov uzun illər yanında işlədiyi qohumu Baxşıyevin 800 minlik qızılını oğurlamaqda təqsirli bilinir.
Sabiq nazir müşaviri Baxşıyev külli miqdarda qızılını, pulunu əmanət etdiyi qohumundan şikayətçi olaraq onu həbs etdirib. Baxşıyev Rövşən Əhmədovdan maddi zərərlə yanaşı mənəvi təzminat da tələb edir.
Ötən prosesdə Çingiz Baxşıyevin qızları ifadə vermişdi. Həmin proses Çingiz Baxşıyevin vəkilinin vəsatəti ilə qapalı keçirilmişdi. Əsas olaraq isə ailədaxili məsələlərin də müzakirə mövzusu ola biləcəyi göstərilmişdi.
Rövşən Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi dekabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilib.
Saat 14:00-a təyin edilmiş məhkəmə iclası Rövşən Əhmədovun vəkili Adəm Məmmədovun məhkəməyə gecikməsi ilə 15:20-də başlayıb.
Vəkil Adəm Məmmədov məhkəmənin açıq keçirilməsi, jurnalistlərin iştirakına şərait yaradılması ilə bağlı vəsatət verib. Çingiz Baxşıyevin vəkilləri buna etiraz edib və qapalı keçirilməsini istəyiblər.
Məhkəmə vəsatət təmin edildiyini açıqlayıb.
Vəkil Adəm Məmmədov məhkəmə tərkibinə etiraz etmək üçün məhkəmədən vaxt istəyib. Məhkəmə prosesi dekabrın 27-nə təyin edilib.
Xatırladaq ki, Rövşən Əhmədov 10 ildən artıq Çingiz Baxşıyevin yanında işləyib. Onun milyonlarıa manat pulunu, bankalarda qızıllarını saxlayıb. Sonda qohumlar düşmən olub. Buna səbəb Çingiz Baxşıyevin Rövşən Əhmədovu 800 minlik qızıl oğurlamaqda ittiham etməsi olub.

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …

Bir cavab yazın