Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Siyasət / Sabiq icra başçısının 400 min “atan” qardaşıyla bağlı – Yeni şok məlumatlar
?????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

Sabiq icra başçısının 400 min “atan” qardaşıyla bağlı – Yeni şok məlumatlar

Cəbrayıl Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahmud Quliyevin 400 min manatlıq dələduzluqda ittiham olunan qardaşı Hümbət Səfərova qarşı açılmış cinayət işi ilə bağlı yeni detallar məlum olub.

AzNews.az-a daxil olan məlumata görə, Cəbrayıl rayon sakini 64 yaşlı Saleh Əliyevin şikayəti əsasında Hümbət Səfərov bir müddət bundan öncə saxlanılıb. Bildirilir ki, o, şübhəli şəxs qismində saxlanılıb və 48 saatdan sonra azadlığa buraxılıb. Polis şöbəsindən ona şikayət edən şəxsdən aldığı pulu tez bir zamanda geri qaytarması, əks təqdirdə həbs olunacağı deyilib.

H.Səfərov pulu qaytaracağına söz versə də sonradan sözünə əməl etməyib.

Mənbə bildirir ki, H.Səfərov biznesmendir və eyni zamanda Elmed Tibb Mərkəzinin sahibidir.

Qeyd edək ki, Cəbrayıl rayon sakini 64 yaşlı Saleh Əliyev hüquq-mühafizə orqanlarına müraciət edərək 2015-ci ilin mart ayında həmyerlisi, 54 yaşlı Səfərov Hümbət Nayfalı oğluna şadlıq sarayı satdığını, lakin əvvəlcədən razılaşdıqları 400 min manat vəsaiti ala bilmədiyini deyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi cinayət işi başlanılıb.

Həmçinin oxuyun

Türkiyə Milli Təhlükəsizlik Şurası Qarabağ bağlı toplantı keçirəcək

Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Bu il ilk dəfə keçirilən toplantıya ölkə …

Bir cavab yazın