Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Siyasət / Sabiq icra başçısı YAP üzvlüyündən xaric edildi

Sabiq icra başçısı YAP üzvlüyündən xaric edildi

Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev Yeni Azərbaycan Partiyasının (YAP) üzvlüyündən xaric edilib.

O, partiyanın yerli rayon təşkilatının İdarə Heyətinin müvafiq qərarı ilə YAP üzvlüyündən xaric edilib.

Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyev 9 il və müavini Ramiz Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər. R.Tatarov da hakim partiya üzvlüyündən xaric edilib. O, YAP yerli rayon təşkilatının sədri olub./Report

Həmçinin oxuyun

İlahiyyatçıdan Ərdəbil imamı Amuliyə sərt cavab

Ərdəbilin imam – cüməsi Həsən Amuli bir növü ölkəmizə qarşı təhdidedici ifadələr səsləndirib. Onun təhdidlərinə …