Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Siyasət / Sabiq icra başçısı həbsxanada öldü

Sabiq icra başçısı həbsxanada öldü

Ədliyyə Nazirliyi Penitensiar xidmətin Qobustanda yerləşən həbsxanasında məhkum ölüb.

Hüquq müdafiəçisi Eldar Zeynalovun APA-ya verdiyi məlumata görə, dünyasını dəyişən şəxs 75 yaşlı Hüseynov Vaqif Rza oğludur. Məlumata görə, saxlanıldığı kamerada dünyasını dəyişən V. Hüseynov şəkərli diabet və digər xəstəliklərdən əziyyət çəkirmiş.

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov APA-ya açıqlamasında V. Hüseynovun xəstəlikdən dünyasını dəyişdiyini bildirib.

Qeyd edək ki, V. Hüseynov 1993-94-cü illərdə Samux rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edib. O, 1993-cü ildə Gəncədə baş vermiş dövlət çevrilişində iştirakda və rayon prokuroru Şəmşir Əliyevin öldürülməsində günahlandırılaraq həbs olunub.

Qeyd olunan işlərlə əlaqədar V. Hüseynovla yanaşı, onun oğlu və digər iki nəfər də tutulub.

Məhkəmə V. Hüseynovun barəsində ölüm hökmü çıxarıb. Lakin sonradan V. Hüseynovun cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub.

Həmçinin oxuyun

İsa Qəmbər Fuad Qəhrəmanlının əməlini tənqid etdi

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər “Yurd” sədrinin müavini vəzifəsindən istefa verən Fuad Qəhrəmanlının …

Bir cavab yazın