Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Sabiq deputat Fərhad Qəribovun ailəsində faciə

Sabiq deputat Fərhad Qəribovun ailəsində faciə

Bakının Binəqədi rayonunda gənc qadınının ölümü ilə bağlı bəzi detallar məlum olub.Missiya.Az-ın əldə etdiyi məlumata görə, özünü 8-ci mərtəbədən yerə atan 1993-cü il təvəllüdlü Lamiyə Rafiq qızı Qəribova sabiq deputat Fərhad Qəribovun qardaşı qızıdır. Qadının əmisi Fərhad Qəribov Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı olub. L.Qəribova iki uşaq anasıdır.

Hadisə rayonun 8-ci mikrorayon ərazisində yerləşən binalardan birində qeydə alınıb. O, yerindəcə keçinib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb.

Qeyd edək ki, L.Qəribova bu gün dəfn olunub. Yas mərasimində Fərhad Qəribov da iştirak edib.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın